Hələbin şimalındakı son hərbi vəziyyət; Türkiyənin kürd silahlılarına qarşı əməliyyatının başlamasına saylı anlar qalıb?!

Çərşənbə 30 Noyabr 2022 - 21:27
https://az.iswnews.com/?p=16062

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirmək istədiyi yeni quru əməliyyatı, lazımi müqəddimələrin hazırlanmasına baxmayaraq, beynəlxalq və regional tərəflərin müxalifəti səbəbindən qeyri-müəyyən vəziyyətdə qalıb.

Son həftələr Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların Hələb vilayətində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə hava və artilleriya hücumları, son günlər isə kürd silahlı birləşmələrinin Təll-Rəəfət, Eyn Dəqnə, Maranaz və Şeyx İsa bölgələrindəki mövqelərinə Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumları xeyli artıb. Bu məsələ Türkiyə ordusunun Suriyanın şimalında artan hərəkətləri, həmçinin Türkiyə rəsmilərinin Suriya ilə sərhəd bölgələrini təmizləmək və kürd silahlıları ilə qarşıdurma hədələri ilə birlikdə yeni əməliyyatın başlanması ilə bağlı fərziyyələri xeyli gücləndirib.

Daha çox oxuyun: Suriyada baş verən son hadisələr, 30 Noyabr 2022

Bu səbəbdən də son günlər Suriya Demokratik Qüvvələrinin (SDQ) komandirləri ilə bir sıra görüşlər keçirməklə Rusiya və ABŞ onları Ankaranın şərtlərini qəbul etməyə və Suriyanın şimalında yeni quru əməliyyatlarının qarşısını almağa inandırmağa çalışır, lakin SDQ komandirləri indiyə qədər bu şərtləri qəbul etməyib və onların nəzarəti altında olan ərazilərə yeni türk hücumları ilə qarşılaşmağa hazır olduqlarını bəyan ediblər.

Daha çox oxuyun: Rusiya kürd silahlılarından Türkiyə sərhədindən M4 magistralının cənubuna doğru çəkilməsini tələb edib!

Rusiyanın SDQ qüvvələrinə təqdim etdiyi təklifləri nəzərə alsaq, Ankaranın kürd silahlılarının Mənbic, Eyn əl-Ərəb və Təll-Rəəfət şəhərlərindən çıxarılmasına, Türkiyə ilə 30 kilometrlik açıq zonanın yaradılmasına və bu ərazilərin Suriya ordusuna təhvil verilməsinə can atdığı açıq-aydın görünür. Ankaranın tələblərinə cavab vermək üçün son tarix müəyyənləşdirdiyi və bu tələblərin yerinə yetirilmədiyi təqdirdə Eyn əl-Ərəb (Kobani), Mənbic və Təll-Rəəfət şəhərlərinə qarşı quru əməliyyatlarının birinci mərhələsinə başlayacağı bildirilir.

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Suriyanın şimalında mümkün əməliyyatla bağlı deyib: “Bu əməliyyat terrorla mübarizə üçündür və biz bu əməliyyatı türk xalqını və sərhədlərimizin təhlükəsizliyini müdafiə etmək üçün davam etdirəcəyik”.

Bu sözlər, bir neçə gün bundan öncə Qazaxıstanın paytaxtı Astanada keçirilən 19-cu görüşdə İran İslam Respublikası, Rusiya və Türkiyə nümayəndələrinin Suriyanın şimalında mövcud olan bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyi və bu ölkənin milli suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirdikləri ilə eyni vaxtda deyilir.

Daha çox oxuyun: Qazaxıstanın paytaxtında 19-cu Astana Beynəlxalq Toplantısı keçirilib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kerbi və ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Riderin sözləri də onu göstərir ki, Amerika tərəfi də Suriyada iştirak edən digər tərəflər kimi bir qədər Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasına qarşıdır.

Qeyd edək ki, beynəlxalq və regional hakimiyyət orqanlarının mövqeləri Türkiyənin indiyədək İran, Rusiya və ABŞ-ın razılığını almaqda uğursuz olduğunu göstərir. Bu, Türkiyə hakimiyyətinin lazımi müqəddimələrin hazırlamasına baxmayaraq, Suriyanın şimalında Türkiyənin quru əməliyyatlarının başlaması üçün dəqiq vaxt açıqlamamasına səbəb olub və Türkiyənin kürd silahlılarına qarşı yeni əməliyyatlara başlaması təhlükə olaraq qalır və özünü qeyri-müəyyən vəziyyətdə əks etdirir.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir