Suriyada baş verən son hadisələr, 30 Noyabr 2022

Çərşənbə 30 Noyabr 2022 - 20:27
https://az.iswnews.com/?p=16058

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini Türkiyənin Suriyanın şimalına təkrar hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasından Ankara və Vaşinqtonu qüvvələrini Suriyadan çıxarmağa məcbur etməyi tələb edib.

1- Hələb:
– Noyabrın 29-da Təll-Rəəfət şəhərinin kənarında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçularının artilleriya hücumuna məruz qalıb.
– Noyabrın 28-də Rusiya qüvvələri Suriyanın şimalındakı gərginliyə görə Kobani şəhərinin şərq ətraflarında türk qüvvələri ilə birgə patrul xidmətini ləğv edib.
– Noyabrın 28-də Suriya ordusu Eyn əl-Ərəb şəhərinə yeni hərbi karvan göndərdi.
– Noyabrın 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə Afrin kənarındakı Maranaz kəndini hədəfə alıb.
– Noyabrın 27-də Təll-Rəəfət şəhərinin kənarındakı Mənəğ hərbi hava limanı Türkiyənin dəstəklədiyi silahlı qüvvələrin artilleriya hücumuna məruz qalıb.
– Noyabrın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Eyn Dəqnə, Maranaz və Şeyx İsa bölgələrini artilleriya hücumları ilə hədəfə alıb.
– Noyabrın 26-da Türkiyə qırıcı təyyarələri Hələb vilayətində yerləşən Mənəğ hərbi hava limanında kürd silahlıları və Suriya ordusunun birgə mövqelərini hədəfə alıb.
– Noyabrın 26-da Türkiyə ordusunun hərbi karvanı Bab Əs-Səlama sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olub.

2- İdlib:
Noyabrın 7-də İdlibin cənubunda yerləşən əl-Barə bölgəsinin ətraflarında terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:
Noyabrın 8-də Suriya ordusunun Dəraa şəhərinin Şeyx Səəd qəsəbəsində nəzarət-buraxılış məntəqəsi yaxınlığında bomba partladılıb. Hələlik bu hadisədə tələfat və dağıntıların dəqiq miqdarı barədə məlumat verilməyib.

4- Deyr əz-Zor:
– Noyabrın 9-da Sabıxan qəsəbəsində naməlum silahlı ünsürlərin Suriya ordusuna məxsus avtomobilə hücumu nəticəsində Suriya əsgərlərindən biri şəhid olub, bir neçəsi yaralanıb.
– Noyabrın 7-də Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor əyalətində İŞİD terror qruplaşmasının 10-dan çox üzvünü həbs edib.

5- Raqqa:
Noyabrın 6-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistral yolunu və Eyn İsa ətrafını hədəfə alıb.

6- Həsəkə:
– Noyabrın 8-də rus əsgərləri Təll-Təmərin kənarında patrul xidməti keçirib.
– Noyabrın 7-də Türkiyənin dəstəklədiyi terrorçular “Təll-Təmər” şəhərinin qərbindəki Əl-Kuzliyə kəndində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Noyabrın 6-da Amerika koalisiyasına məxsus bir neçə yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni əl-Valid keçidindən Suriyanın Həsəkə əyalətindəki Amerika bazalarına daxil olub.
– Noyabrın 6-da Türkiyə ordusu və onun dəstəklədiyi terrorçular Təll-Təmər şəhərinin kənarındakı iki Umm əl-Xeyr və Təll-Tavil Qərb kəndlərini artilleriya hücumları ilə hədəfə alıb.

7- Dəməşq:
Noyabrın 7-də Dəməşq əyalətində yerləşən Əl-Kisvə bölgəsində Suriya ordusuna məxsus avtomobilin yoluna qoyulan bombanın partlaması nəticəsində bir Suriya əsgəri yaralanıb.

8- Homs:
Noyabrın 7-də Suriya ordusunun qüvvələrindən biri Tedmor şəhərinin kənarında İŞİD ünsürləri tərəfindən şəhid edilib.

9- Süveyda:
Noyabrın 7-də bir qrup şəxslər elektrik, su və yanacaq xidmətlərinin vəziyyətinə etiraz olaraq Süveyda şəhərində bir neçə yolu bağlayıb.

10- Noyabrın 8-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində iki dəfə atəşkəsi pozub, bunlardan 1-i İdlib vilayəti, 1-i isə Latakiya vilayəti ilə bağlı olub.

11- Noyabrın 8-də Suriyanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Türkiyənin Suriyanın şimalına təkrar hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasından Ankara və Vaşinqtonu qüvvələrini Suriyadan çıxarmağa məcbur etməyi tələb edib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir