Ramallahın şərqində İsrail əleyhinə əməliyyat baş verib + VİDEO

Çərşənbə 30 Noyabr 2022 - 12:13
https://az.iswnews.com/?p=16025

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ramallahın şərqində yerləşən Koxav Yaqub qəsəbəsi yaxınlığında bir fələstinli öz avtomobili ilə İsrail zabitinin üzərindən keçib.

Noyabrın 29-da İordan çayının qərb sahilində yerləşən Ramallahın şərqində Koxav Yaqub qəsəbəsi yaxınlığında bir fələstinli avtomobili ilə İsrail əsgərinin üzərindən keçib. Bu əməliyyat zamanı sionist əsgər ağır yaralanıb. Əməliyyatın icraçısı hadisə yerini tərk etdikdən sonra Koxav Yaqub qəsəbəsi yaxınlığında işğalçı İsrail qüvvələri tərəfindən atəşə tutularaq şəhid edilib.

Görünür, bu əməliyyat İsrail hərbçilərinin İordan çayının qərb sahilində üç fələstinli gəncin şəhid olmasına cavab olub. Bu hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Daha ətraflı: İordan çayının qərb sahilində üç fələstinli şəhid olub + FOTO

Qeyd edək ki, son 48 saat ərzində 16-dan çox fələstinli İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarına cəhd ittihamı ilə sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. İsrail təhlükəsizlik aparatının gündəlik əməliyyatlarına baxmayaraq, bu rejim indiyədək fələstinlilərin fərdi əməliyyatlarını aşkar etməkdə və onlara qarşı çıxmaqda uğursuz olub.

Fələstinlinin İsrail zabitinə qarşı əməliyyat anı
İcraçının İsrail təhlükəsizlik qüvvələri tərəfindən təqib edildiyi an
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir