Şəbabul-Mücahidin terror qruplaşması Somali prezident sarayına hücum edib

Bazar ertəsi 28 Noyabr 2022 - 17:52
https://az.iswnews.com/?p=15993

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Şəbabul-Mücahidin” terror qruplaşmasının əməliyyatçıları Moqadişoda Somali prezident sarayına hücum ediblər.

Moqadişoda Somali prezident sarayına qarşı 27 noyabr tarixində həyata keçirilən əməliyyat zamanı bu ölkənin prezidenti Həsən Şeyx Mahmudun iqamətgahı Şəbabul-Mücahidin tərəfindən bir neçə RPG mərmisi ilə hədəfə alınıb və onun iqamətgahına külli miqdarda ziyan dəyib.

Həmçinin, Şəbabul-Mücahidin xəbər mənbələri Somali hökumətinin başçısı Həsən Şeyx Mahmudun prezident sarayından təhlükəsiz yerə qaçdığını bildirib. Qərb mətbuatının məlumatına görə, Somali prezidenti güclü təhlükəsizlik tədbirləri altında Moqadişo hava limanına aparılıb.

“Şəbabul-Mücahidin”in əlavə verdiyi bəyanatına əsasən, bu qruplaşmanın ünsürləri Somali xüsusi təyinatlılarının prezident sarayına onlar tərəfindən hücumun dayandırılması cəhdlərinin qarşısını alıblar. Prezident sarayında və onun ətrafında bir neçə saat davam edən qarşıdurma bir neçə Somali xüsusi təyinatlısının ölümü və yaralanması ilə nəticələnib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir