İmran Xan Ravalpindidə: Biz paytaxta girməyəcəyik və istefa verəcəyik! + VIDEO

Bazar ertəsi 28 Noyabr 2022 - 17:36
https://az.iswnews.com/?p=15989

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İmran Xan Ravalpindidə on minlərlə tərəfdarının toplantısında iştirak etdikdən sonra bu ölkənin paytaxtı İslamabada yürüş etməyi ləğv və Təhrik-i-İnsaf Partiyasının bütün yerli və əyalət qanunvericilik məclislərindən istefasını elan edib.

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarlarının Ravalpindidə toplanması ilə bağlı çağırışdan sonra onun tərəfdarları və Təhrik-i İnsaf Partiyasının üzvləri noyabrın 26-da bu şəhərdə böyük bir toplantı təşkil edərək, Pakistanda erkən seçkilərin tarixinin təyin olunmasını tələb ediblər. “Təhrik-i-İnsaf” partiyasının açıqladığı plana əsasən, İmran Xanın tərəfdarlarının etirazlarının son mərhələsi Pakistanın paytaxtı İslamabadda keçirilməli idi, lakin bu aksiya İmran Xanın Ravalpindidəki qəfil qərarı ilə ləğv edilib.

Pəncab əyalətində uğursuz sui-qəsd cəhdindən sonra ilk çıxışı zamanı İmran Xan, Ravalpindi şəhərində Pakistan xalqının böyük fəallığına təşəkkür edərkən, İslamabada doğru etiraz yürüşünü dayandırdığını bildirdi, buna səbəb isə yürüşlərin ölkədə xaos və dağıntıya səbəb olacağından narahat olduğunu açıqlayıb. O, partiyasının nazirləri və millət vəkillərinin də istefa verdiyini açıqlayıb və tezliklə korrupsiya sistemini tərk etmə vaxtını açıqlayacağını bildirib. İmran Xan daha sonra növbədənkənar seçkilərin keçirilməsi tələbini geri götürüb və bildirib ki, Təhrik-i-İnsaf partiyası planlaşdırılan seçkilərdə iştirak edəcək və qalib gələcək.

İmran Xanın Şahbaz Şərif hökuməti və onu dəstəkləyən partiyalarla qarşıdurması bu il aprelin 10-da İmran Xanın parlamentdə izahat verməsinə dair tələbin elan edilməsindən və vəzifəsindən kənarlaşdırılmasından sonra başlayıb. Bu hadisədən sonra İmran Xan ona qarşı sui-qəsdin arxasında ABŞ-ın dayandığını bildirdi və etiraz mitinqləri keçirərək onları Pakistanın paytaxtı İslamabad şəhərinə doğru sövq edərək erkən seçki keçirməyə çalışdı, lakin bu təzyiqlər uğursuz oldu və qələbə vədi ümumi seçki günü olan 2023-cü ilin avqustunda keçirililəcək seçkilər gününə qədər təxirə salındı.

Daha çox oxuyun:
İmran Xan tərəfdarları İslamabada doğru nümayişi gözləyir
Pakistanın Amerika əleyhinə olan baş nazirini nələr gözləyir?

Ravalpindidə İmran Xanın tərəfdarlarının kütləvi toplantısının havadan görüntüləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir