İraqın şimalında 4 türk əsgəri həlak olub + FOTO

Bazar 27 Noyabr 2022 - 14:13
https://az.iswnews.com/?p=15947

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha 4 əsgərinin həlak olduğunu açıqlayıb.

Noyabrın 26-da Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı dörd əsgərinin öldürüldüyünü etiraf edib. Türkiyə ordusu ilə PKK silahlıları arasında baş verən qarşıdurma zamanı 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Daha bir əsgər də ildırım vurması nəticəsində həlak olub.

Belə ki, Türkiyə müdafiə naziri Hulusi Akarın əmri ilə bu il aprelin 18-də səhər saatlarında İraqın şimalında PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 67 çatıb.

Bu il noyabrın 25-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 3 əsgərinin həlak olduğunu açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında 3 türk əsgəri həlak olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir