Rusiya kürd silahlılarından Türkiyə sərhədindən M4 magistralının cənubuna doğru çəkilməsini tələb edib!

Bazar 27 Noyabr 2022 - 01:14
https://az.iswnews.com/?p=15941

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya və Suriya hərbçiləri Qamışlı şəhərində Suriya Demokratik Qüvvələrinin (SDQ) yüksək rütbəli komandirləri ilə görüşdə onlardan Türkiyə ilə səhəd bölgələrindən M4 magistralının cənubuna çəkilmələrini və sərhədi Suriya ordusuna təhvil vermələrini tələb ediblər.

Noyabrın 25-də Rusiyanın Suriyadakı qüvvələrinin komandanı general Aleksandr Çayko Qamışlı hava limanında Suriya Demokratik Qüvvələrinin (SDQ) bir sıra komandirləri ilə görüşüb və onlara Türkiyənin Suriyanın şimalında quru hərbi əməliyyatlara başlamaq təhdidlərinin ciddiliyi barədə xəbərdarlıq edib.

Çayko kürd silahlılarına deyib: “Bölgəni Türkiyənin yeni hücumundan qorumağın yeganə yolu Suriya-Türkiyə sərhəd zolağından M4 beynəlxalq yolun cənubuna qədər tamamilə geri çəkilmək, 30 kilometrlik açıq zona yaratmaq və bu əraziləri Suriya ordusuna təhvil verməkdir”.

Kürd silahlı birləşmələri Rusiyanın təklifini rədd edərək, Suriyanın şimalında Türkiyənin istənilən yeni hücumu ilə üzləşməyə hazır olduqlarını bəyan ediblər.

Üç saatdan çox davam edən bu görüşdə Suriya hərbi komandirləri də iştirak edirdi. Bu görüşün bundan artıq təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, SDQ-nin Rusiyanın təklifini rədd etməsi və Türkiyə prezidentinin kürd silahlı birləşmələrinə qarşı quru əməliyyatlarına başlamaqla bağlı son təhdidləri, həmçinin türk ordusunun Suriyanın şimal bölgələrində artilleriya və dron hücumlarının artması nəzərə alınaraq, Beynəlxalq və regional tərəflərin razılaşmasından sonra Suriyanın şimal bölgələrində Türkiyə ordusunun yeni quru əməliyyatları gözlənilir.

Daha çox oxuyun: Türkiyə, Ərdoğanın quru əməliyyatlarına başlamaq təhdidləri ilə birgə Suriyanın şimalına hücumlarını davam etdirir! + FOTO

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir