Suriyada baş verən son hadisələr, 26 Noyabr 2022

Şənbə 26 Noyabr 2022 - 23:34
https://az.iswnews.com/?p=15932

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraanın Əs-Səəd məhəlləsində İŞİD ünsürləri ilə toqquşma zamanı yaralanan yerli silahlı qrupların cəbhə komandirlərindən biri aldığı xəsarətlər nəticəsində şəhid olub.

1- Hələb:
– Noyabrın 26-da Təll-Rəəfət şəhəri ətrafında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.
– Noyabrın 26-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə Afrinin kənarındakı Maranaz kəndini hədəfə aldılar.
– Noyabrın 25-də Türkiyə ordusu Eyn Əl-Ərəb şəhərinin qərbindəki Zor Muğar kəndini artilleriya hücumları ilə hədəfə aldı.

2- İdlib:
Noyabrın 23-də Suriya ordusu artilleriya ilə “Afəs” bölgəsinin ətraflarında terrorçuların mövqelərini hədəfə alıb.

3- Dəraa:
Noyabrın 26-da Dəraanın Əs-Səəd məhəlləsində İŞİD ünsürləri ilə toqquşma zamanı yaralanan yerli silahlı qrupların cəbhə komandirlərindən biri aldığı xəsarətlər nəticəsində şəhid olub.

4- Deyr əz-Zor:
Noyabrın 23-də Əl-Bukamal şəhəri ətrafında mina partlaması nəticəsində suriyalı fermer ağır yaralanıb.

5- Raqqa:
Noyabrın 25-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.

6- Həsəkə:
– Noyabrın 23-də Türkiyə ordusunun Rusiya hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) Təll-Təmərdəki birgə bazasına dron hücumu nəticəsində SDQ əsgərlərindən biri ölüb, ikisi isə yaralanıb.
– Noyabrın 23-də Türkiyə aviasiyası Udə şəhərinin kənarındakı neft qurğularını hədəfə alıb.
– Noyabrın 23-də Türkiyə ordusunun qüvvələri və onun dəstəklədiyi terrorçular Təll-Təmər şəhərinin kənarındakı iki Umm Əl-Xeyr və Qərbi Təll-Tavil kəndlərini artilleriya hücumları ilə hədəfə alıb.
– Noyabrın 23-də Türkiyə ordusunun dronları Qamışlı şəhərinin qərbindəki Himu kəndi yaxınlığındakı Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus nəzarət-buraxılış məntəqəsini hədəfə alıb.
– Noyabrın 23-də Türkiyə ordusunun Həsəkə vilayətindəki Qamışlı şəhərinin qərbində yerləşən Qarmuti meydanı yaxınlığında avtomobilə etdiyi dron hücumundan sonra Suriya Demokratik Qüvvələrinin (SDQ) üç üzvü, o cümlədən Müdafiə Şurasının keçmiş rəsmisi Rizan Qulu və SDQ qüvvələrinin baş komandanı Məzlum Əbdinin baş müşaviri öldürülüb.

Daha çox oxuyun: Türkiyənin Suriyanın Qamışlı şəhərinə dron hücumu nəticəsində SDQ-nin cəbhə komandiri ölüb + FOTO

– Noyabrın 25-də Amerika koalisiyasının Suriyanın Həsəkə əyalətində yerləşən Əş-Şəddadi şəhərətrafındakı mövqeləri naməlum şəxslərin raket hücumlarına məruz qalıb.

Daha çox oxuyun: Amerika koalisiyasının Suriyadakı bazasına raket zərbələri endirilib

7- Dəməşq:
Noyabrın 22-də Dəməşq ətrafında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri, polkovnik Davud Cəfəri şəhid olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr bölməsinin elanına əsasən, şəhid Cəfəri sionist rejim tərəfindən şəhid olub və qondarma və cinayətkar sionist rejim bu cinayətin cavabını alacaq.

Daha çox oxuyun: SEPAH-ın Aerokosmik Qüvvələrinin Suriyadakı müşavirlərindən biri şəhid olub + FOTO

8- Noyabrın 24-də Birləşmiş Ərəb Əmirlikləri hökumətində İŞİD-ə qarşı beynəlxalq müqavilə üçün sabitlik kompleksinin iclası keçirilib. İclasa BƏƏ xarici işlər nazirinin müavini Sultan Məhəmməd Əl-Şamisi sədrlik edib və bu iclasın iştirakçıları Suriya və İraqda İŞİD-dən azad edilmiş ərazilərdə sabitliyin və bərqərarlığın, həmçinin Əl-Hul düşərgəsində yerləşən terrorçuların qalmış ailələrinin dəstəklənməsi və onların öz yurdlarına qayıtması məsələlərinə təkid ediblər.

9- Noyabrın 23-də İran İslam Respublikası, Rusiya, Suriya və Türkiyə nümayəndələri Qazaxıstanın paytaxtında keçirilən 19-cu Astana iclasının sonunda Suriyanın şimalında mövcud olan bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin və bu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün vacibliyini vurğuladılar.

Daha çox oxuyun: Qazaxıstanın paytaxtında 19-cu Astana Beynəlxalq Toplantısı keçirilib

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir