Yəməndə baş verən son hadisələr, 26 Noyabr 2022

Şənbə 26 Noyabr 2022 - 23:22
https://az.iswnews.com/?p=15929

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının sədri Məhdi Əl-Məşatın qardaşı Muslih Muhəmməd Huseyn Əl-Məşat Səudiyyə koalisiyasına qarşı döyüş meydanlarında aldığı xəsarətlər nəticəsində şəhid olub.

1- Sənaa:
Noyabrın 25-də Yəmənin Ali Siyasi Şurasının rəhbəri Məhdi Əl-Məşatın böyük qardaşı Muslih Muhəmməd Huseyn Əl-Məşat şəhid olub. Muslihin 43 yaşı var idi və Əl-Məşat ailəsinin ikinci şəhid oğlu idi. Yəməndə atəşkəs razılaşmasından əvvəl və Səudiyyə koalisiyasının qırıcılarının bombardmanları zamanı o, qarşıdurma cəbhələrindən birində yaralanıb və son günlərdə şəhid olub. Yəmən inqilabının və Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi, Yəmən hökumətinin və İranın Sənaadakı səfirliyinin digər rəsmiləri onun şəhadəti ilə bağlı başsağlığı veriblər.

2- Həzərmut:
– Səudiyyə Ərəbistanı Həzərmut əyalətində “Əl-Dərə Əl-Vətan” (Vətən Qalxanı) adı altında tabeliyində olan qüvvələrin beşinci briqadasını formalaşdırır. Bu briqada Həzərmutun neft qurğularını qorumaq üçün Sion şəhərində və Vadi Həzərmut məntəqəsində Səudiyyə tərəfdarı olan qəbilələrdən yaradılmışdır.
– Noyabrın 22-də “Ənsarullah” dronları əvvəl Həzərmut əyalətinin mərkəzi Əl-Mukalla şəhəri və Əş-Şəhr limanı üzərində uçuşlar keçirib.
– Noyabrın 24-də naməlum kamikadze dronunun Əl-İbar rayonunda yerləşən Əl-Ələm bölgəsində İslah partiyasının qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Bəzi yerli mənbələr bu dronun BƏƏ-yə aid olduğunu bildiriblər, digərləri isə partlayışı İslah Partiyası silahlılarının kamikadze dronunun müvəffəq olmayan sınağının nəticəsi kimi qiymətləndirib.
– Noyabrın 24-də İslah partiyası silahlılarının bazasında baş verən partlayışdan sonra Sion şəhərində 1-ci hərbi bölgənin briqada və batalyon komandirlərinin toplantısı təhlükəsizlik səbəbilə təxirə salınıb.

3- Şəbvə:
Əl-Məsinə bölgəsində Şəbvə Müdafiə Qüvvələrinin əməkdaşlarını daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində 1-ci Şəbvə Müdafiə Briqadasının 2-ci batalyonunun komandiri Salim Əl-Cəbvani həlak olub və digər 4 nəfər yaralanıb.

4- Əl-Hudəydə:
– Noyabrın 20-də Əl-Əmaliqə qüvvələri (Səudiyyə koalisiyasına bağlı) Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Hays və Əl-Xuxa qəsəbələrinin səmasında Ənsarullaha məxsus iki dronu vurduqlarını iddia etdilər.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 54 dəfə pozub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir