İraqın şimalında 3 türk əsgəri həlak olub + FOTO

Şənbə 26 Noyabr 2022 - 10:33
https://az.iswnews.com/?p=15895

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin 3 əsgərinin həlak olduğunu açıqlayıb.

Noyabrın 25-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı üç əsgərinin öldürüldüyünü elan edib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu üç əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub.

Belə ki, Türkiyə müdafiə naziri Hulusi Akarın əmri ilə bu il aprelin 18-də səhər saatlarında İraqın şimalında PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 63-ə çatdı.

Həmçinin, bu il noyabrın 16-da Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin 3 əsgərinin həlak olduğunu açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında üç türk əsgəri həlak olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir