Amerika koalisiyasının Suriyadakı bazasına raket zərbələri endirilib

Şənbə 26 Noyabr 2022 - 10:06
https://az.iswnews.com/?p=15888

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasının Suriyanın Həsəkə əyalətində yerləşən Əş-Şəddadi şəhəri ətrafındakı mövqeləri naməlum şəxslər tərəfindən raket hücumu ilə hədəfə alınıb.

Noyabrın 25-də Əş-Şəddadi bazasında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bununla bağlı ABŞ ordusunun Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) elan edib:

“Yerli vaxtla saat 22:31 radələrində Əş-Şəddadi bazasına iki raket düşüb. Bu hücum heç bir itki və dağıntıya səbəb olmayıb”.

Elanın davamında deyilir:

“Suriya Demokratik Qüvvələri (SDQ) raket zərbələrinin mənşəyini araşdırdıqdan sonra başqa raketlər aşkar edib və Amerika qüvvələri bu məsələni araşdırır”.

Qeyd edək ki, bu il noyabrın 17-də müqavimət qüvvələri Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağındakı Amerika qüvvələrinin bazasına raketlərlə hücum etmişdir.

Daha çox oxuyun: Amerika qüvvələrinin Deyr əz-Zordakı bazasına raket hücumu olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir