Medialarımız: Rusiya sülhməramlıları işğalçıdılar!

Cümə 25 Noyabr 2022 - 20:35
https://az.iswnews.com/?p=15869

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulduğunu təsdiq edən hesabatın dərcindən sonra medialarımız rus sülhməramlılarını işğalçı adlandırdılar.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qarabağ bölgəsində yerləşən rus sülhməramlıların göndərdiyi hesabatlara əsaslanaraq, bu həftənin əvvəlində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni fermerlərə məxsus traktora atəş açaraq atəşkəsi pozduğunu açıqlamışdır.

Lakin Azərbaycan Müdafiə Nazirliyi məsələni başqa cür açıqladı və bildirdi ki, erməni qüvvələri bu ərazidə və Rusiya qüvvələrinin bazası yaxınlığından onları yüngül silahlardan atəşə tutub.
Hökumətə bağlı “Baku TV” telekanalı Rusiya Müdafiə Nazirliyinin hesabatına cavab verib və ilk dəfə olaraq bu ölkənin sülhməramlılarını işğalçı adlandırıb. Bu kanal öz hesabatında əlavə edib: “Sülhməramlılar erməni kilsələri tikməyə, mərkəzlər, məktəblər və rus simvolları yaratmağa başlayırlar. Onlar Qarabağ bölgəsi silahlı ermənilərinin dağıdıcı hərəkətlərinə biganə yanaşır və Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində olduğu kimi, yeni formada parçalanma siyasəti həyata keçirmək üçün separatçıları gücləndirirlər”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir