Rusiya qanadlı raketləri Ukrayna şəhərlərində elektrik enerjisini kəsib + FOTO

Cümə 25 Noyabr 2022 - 20:17
https://az.iswnews.com/?p=15858

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusunun strateji bombardmançı təyyarələri onlarla qanadlı raketdən istifadə etməklə Ukraynanın müxtəlif şəhərlərinin enerji obyektlərinə hücum edib.

Noyabrın 23-də Rusiya ordusunun Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumu nəticəsində Ukraynanın enerji obyektlərinə hücum edilib. Kiyev, Xarkov, Odessa, Lvov, Rivne, Lutsk, Sami, Mirqorod, Xmelnitski, Jitomir, Kriviyre, Dnepropetrovsk, Poltava, Nikolayev və Xerson da daxil olmaqla 15 şəhərin elektrik enerjisi bu hücumlar nəticəsində kəsilib. Ukrayna mətbuatının məlumatına görə, bu hücum Tupolev 95 (Tu-95MS) strateji bombardmançı təyyarələrdən, Qara dənizdə yerləşən sualtı qayıqlardan və onlarla Xa-101 və Xa-55 qanadlı raketlərini Xarkov vilayətinin səmasından atmaqla həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin müdafiə sistemlərinin 51 ədəd Xa-101 və Xa-55 qanadlı raketlərinin məhv etdiyi iddia olunub.

Kiyev vilayətinin hərbi departamentinin rəhbəri Oleksii Kolbanın və Ukrayna hökumətinin digər rəsmilərinin verdiyi məlumata görə, Rusiya raketlərindən birinin Kiyevdə yaşayış məntəqəsini vurması nəticəsində 1 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Ukrayna mediası keçmişdə etdiyi kimi, raketlərin vurulduğu yerlə bağlı şəkillərin və videoların əksəriyyətini senzura edib və bu ana qədər bu hücumun vurduğu ziyanı və tələfatların dəqiq miqdarı ilə bağlı heç bir statistik məlumat dərc edilməyib. Amma bir sıra şəhərlərdə elektrik enerjisinin kəsilməsi və həmçinin Ukrayna elektrik enerjisinin Moldovaya ixracının dayandırılması Rusiyanın Ukraynanın enerji obyektlərinə ağır zərbələr vurduğunu göstərir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir