Bakı medialarının İrana qarşı təxribatları və Fəqih-Vilayətinə və Mərcəye-Təqlidlərə qarşı təhqirləri davam edir + VİDEO

Cümə 25 Noyabr 2022 - 14:43
https://az.iswnews.com/?p=15850

Bakı hökuməti və ya ona bağlı olan medialar, o cümlədən Azərbaycan Respublikasının televiziya kanalları İrana qarşı dil uzatmalarını artırıblar. Hər biri bir cəhəti hədəfə alan bu koordinasiyalı media hücumları bu ölkənin mediası arasında İrana qarşı hesablanmış iş bölgüsü ola bilər.

Hava məlumatı
Bu kanalların xəbərlərinin istiqaməti hətta hava məlumatlarına da çatıb. Bu telekanalın hava xəbərlərinin aparıcısı əvvəlcə səhnəyə yaylıq ilə çıxır və hava məlumatlarında deyir: “Havanın dəyişkən, buludlu keçməsinə baxmayaraq, inanırıq ki, Təbrizdə hava daim günəşli olacaq”. Sonra yaylığını çıxarır və deyir: “Özünüzə yaxşı baxın, dəyərli Güney Azərbaycanlıları”.

İrana qarşı ərazi iddiası
Son bir həftə ərzində Xəzər TV, AzTV, İTV, Baku TV, ARB TV-nin xəbər çıxışlarında Təbriz şəhərinin hüdudlarından kənarda olan yerlərdə və xəlvət küçələrin divarlarında Azərbaycan Prezidentinin posterinin videogörüntülərini yayıblar. Bu xəbərlərdə deyilir ki, İranın şimal-qərbində müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar İlham Əliyevi Ataturan adlandıraraq Güney Azərbaycan adlı ölkənin yaradılmasını istəyiblər.

Bu şifahi və media hücumlarının ən kəskinini “Baku TV” həyata keçirir. Bu kanalda təhlil çıxışında verlişçi xəritənin arxa fonda göstərilməsi ilə İranın şimal-qərbindən və şimalından İranın mərkəzi olan Fars vilayətinə qədər Cənubi Azərbaycanın sərhədləri olduğunu iddia edib. Bu kanal müxbiri “Mərahim Nəsibov” İranın şimal-qərb bölgələrinin bölünməsi planına toxunaraq, fars dilində zəif danışıqla çıxışında deyib: “Tarixi Azərbaycan torpağı olan Güney Azərbaycan Respublikasına salamlar olsun. Çünki çox da uzaq olmayan gələcəkdə Güney Azərbaycandan olan soydaşlar öz hökumətlərini quracaqlar. Çünki təkcə Güney Azərbaycanın deyil, 40 milyonluq əhalisi var, bütün İran torpağı tarix boyu Azərbaycan torpağının tərkibində olub”. O, daha sonra azəri dilində deyib: “Əslində nə demək istədiyimi Fars, molla hakimiyyəti yaxşı başa düşür”.

Fəqih-Vilayətinə dil uzatmaq
Amma Baku TV-nin digər verlişləri bundan kənara çıxaraq heç bir fikir vermədən İslam hökmlərinə və şiə alimlərinə hücum edir. İranın din xadimlərinə müraciət edən aparıcı istehza ilə deyir: “Öz Təhrir Əl-Vəsilə kitabında süd əmər körpə ilə cinsi əlaqəyə icazə verən (İmam) Xomeyninin tələbələri, diyəsən ermənilərnən arasındakı siğənin müddətini uzadıblar”.

O, bu ölkədə İslam Respublikası rəhbərinin ardıcıllarının artırılması məsələsini müzakirə etməkdə davam edir və deyir: “Bizim torpaqlarımızda ağalıq etmək istəyənlər, indi özlərini dırnaq arası fəqih-vilayəti hekayəsinə inandırıblar. Qulaqlarınızı açın, yaxşı eşidin. Biz nəinki sizin vilayətinizi qəbul eləmirik, əksinə, sizi bizim vilayəti Güney Azərbaycanı qəbul eləməyə çağırırıq. Vəəəə son olaraq qulağınıza sırğa edin, ya beyət eliyəcəysiz yada təzim eliyəcəysiz, özünüz bilərsiz. Ama erməni kanyakıynan aldığınız dəstəmaz, çoxdan pozulub. Sözünüzü və özünüzü qoruyun. Salamat qalın”.

İslam Dünyası Xəbərləri təhlilinə əsasən, İran İslam Respublikası hökuməti ilə həmrəy olan hökumət mediaları, o cümlədən qəzetlər, radiolar və telekanallar Azərbaycan Respublikasının təhqiramiz xəbərlərini daim senzura edərək, Azərbaycan xəbərlərini tamaşaçıya filtr olunmuş halda çatdırıb. Həmişə İran mətbuatına tövsiyələr verilib ki, məzlum Azərbaycan xalqının zülmü ilə bağlı nəsə yazsalar və ya yayımlasalar, rəhbəri, fəqih vilayətini və İslamı təhqir edəcəklər. Bu cür tövsiyələrin son nümunəsi Əliyevin Naxçıvandan Moskvaya qədər ailə tarixindən bəhs edən sənədli filmin yayımlanmasıdır ki, həmin tövsiyyələrlə onun yayımının qarşısı alınıb.
Amma aydın olan odur ki, bu siyasət əks nəticə verib! İran mediaları nə qədər Azərbaycanın İrandakı güclü lobbisinin təzyiqi ilə üzləşib, xəbərlərə senzura tətbiq etsə də, Azərbaycanda əksinədir və hər gün bu ölkənin medialarının bütün İran məsələlərində təhqir və böhtanlarının şahidi oluruq, adi İran qaz peçinin nasazlığından tutmuş, İranın böyük milli və hökümət məsələlərinə qədər!!! Bakı hökumətinin mediaları İranda baş verən bütün prosesləri öz xəbər mənbəyinə çevirib, indi də öz istehza və təhqirlərini ən yüksək səviyyəyə çatdırıb, mərcəye-təqlidləri, İslam hökmləri və fəqih vilayətini təhqir və ələ salırlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam