SEPAH-ın Aerokosmik Qüvvələrinin Suriyadakı müşavirlərindən biri şəhid olub + FOTO

Cümə axşamı 24 Noyabr 2022 - 22:47
https://az.iswnews.com/?p=15839

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin yüksək rütbəli zabitlərindən olan polkovnik Davud Cəfəri Dəməşq ətrafında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində şəhid olub.

Noyabrın 22-də İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi elan edib:

“İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı Aerokosmik Qüvvələrinin müşavirlərindən biri, polkovnik Davud Cəfəri Dəməşq yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində sionist rejim ünsürləri tərəfindən şəhid edilib”.

Bu elanda qondarma və cinayətkar sionist rejimin şübhəsiz bu cinayətin cavabını alacağı vurğulanıb.

Bu ana qədər onun şəhadətinin necəliyi və yeri ilə bağlı əlavə dəqiq təfərrüatlar dərc olunmayıb, lakin mümkündür ki, Şəhid Cəfəri sionist ünsürlər tərəfindən müəyyən edilib və müəyyənləşdirilmiş terrorun hədəfi olub və SEPAH tərəfindən yayımlanan elan, İsrail rejiminin Şəhid Cəfərinin şəhadətində əli olduğu ehtimalını gücləndirir.

Amerika təcavüzkarlarını həbs edən SEPAH qüvvələrin İmam Xamenei ilə görüşü zamanı şəhid “Davud Cəfəri”nin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir