İşğal olunmuş Qüdsdəki partlayış sionistləri qana boyadı + FOTO

Çərşənbə 23 Noyabr 2022 - 16:58
https://az.iswnews.com/?p=15778

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, işğal altındakı Qüds şəhərinin Ramot məhəlləsində və şəhərin mərkəzi avtovağzalında törədilən iki partlayış nəticəsində azı 22 sionist həlak olub və yaralanıb.

Bu gün noyabrın 23-də işğal altındakı Qüds şəhərinin Ramot məhəlləsində və şəhərin mərkəzi avtovağzalında bombanın partlaması nəticəsində azı 22 sionist yaralanıb. Bu şəxslərdən birinin xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişdiyi, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

İbrani KİV-lərinin məlumatına görə, Qüds şəhərinin avtovağzalında ilk partlayışı motosikletdə olan və çantanın içərisinə bomba yerləşdirən və dərhal bu ərazidən qaçan şəxs törədib. Əməliyyatın icraçısı bomba ilə təchiz edilmiş bu motosikleti Ramot kəsişməsində ikinci partlayışda partladıb.

İsrail polisi Qüds şəhərində bu gün baş verən partlayışlardan sonra tam hazırlıq vəziyyətindədir və əməliyyatçıların müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq işğal altındakı Qüdsdə bugünkü əməliyyat münasibəti ilə təbrik edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam