Suriyada baş verən son hadisələr, 22 Noyabr 2022

Çərşənbə axşamı 22 Noyabr 2022 - 23:37
https://az.iswnews.com/?p=15755

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun qüvvələri Həsəkə vilayətində yerləşən Təll-Təmər şəhərinin kənarındakı Umm Əl-Xeyr keçid məntəqəsindən beş zirehli maşından ibarət Amerika koalisiya karvanının keçməsinin qarşısını alıblar.

1- Hələb:
– Noyabrın 21-də Hələbin qərbində yerləşən Kəfər-Təal kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Noyabrın 21-də Hələbin qərbində yerləşən Kəfərnuran kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya zərbələri ilə hədəfə alınıb.
– Noyabrın 20-də Təll-Rəəfət şəhərinin kənarında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.
– Noyabrın 16-da Suriya ordusu Hələbin qərbində yerləşən Əl-Qəsr kəndindəki terrorçuların mövqeləri artilleriya zərbələri ilə hədəfə alıb.

2- İdlib:
– Noyabrın 15-də Suriya ordusu qüvvələri Səraqib cəbhəsində terrorçulara məxsus dronu vurub.
– Noyabrın 20-də İdlibin cənubunda yerləşən Hərəş Bənin bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Noyabrın 21-də Rusiya qırıcı təyyarələri Bab Əl-Havi keçidi yaxınlığındakı terrorçuların mövqelərini hədəfə alıb.

3- Dəraa:
– Noyabrın 21-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Nəsib şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Noyabrın 20-də Suriya ordusunun qüvvələrindən biri Dəraa şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Noyabrın 18-də Maliha qəsəbəsində naməlum silahlı şəxslərin atəş açması nəticəsində biri uşaq olmaqla iki nəfər həlak olub.

4- Deyr əz-Zor:
Noyabrın 17-də Əl-Ömər neft yatağında Amerika qüvvələrinin bazası müqavimət qüvvələrinin raketləri ilə hücuma məruz qalıb. Bu hücum heç bir itkiyə səbəb olmayıb.

Daha çox oxuyun: Amerika qüvvələrinin Deyr əz-Zordakı bazasına raket hücumu olub

5- Raqqa:
– Noyabrın 21-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa şəhərinin ətrafını hədəfə alıblar.
– Noyabrın 21-də Raqqa vilayətinin Eyn-İsa şəhərində kürd silahlılarının avtomobilinin yolunda partlayıcı qurğu partlayıb. Bu hadisə nəticəsində ölənlər barədə məlumat yoxdur.
– Noyabrın 16-da Raqqanın qərbində yerləşən Əsriya səhrasında minanın partlaması nəticəsində Suriya ordusunun qüvvələrindən biri şəhid olub.

6- Həsəkə:
– Noyabrın 22-də Suriya ordusu qüvvələri beş zirehli maşından ibarət Amerika koalisiyasının karvanının Təll-Təmər şəhərinin kənarındakı Umm Əl-Xeyr keçid məntəqəsindən keçməsinə mane olub.
– Noyabrın 20-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini artilleriya ilə hədəfə alıb.
– Noyabrın 22-də Türkiyə ordusunun dronları Həsəkə vilayətində yerləşən Təll-Təmər şəhərinin girişindəki mövqeləri hədəfə alıb.

7- Noyabrın 20-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akar, Ordunun Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı general Musa Avsur və bir sıra digər türk hərbi komandirləri ilə birlikdə Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzindəki iclasda iştirak ediblər. Daha sonra Türkiyə müdafiə nazirinin əmri ilə “Qılınc Pəncəsi” adlı əməliyyata start verilib.

Daha çox oxuyun: Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO

8- Noyabrın 19-da sionist rejim qırıcıları Suriyanın mərkəzi və sahil bölgələrinə doğru bir neçə raket atıb. Nəticədə Suriya ordusunun dörd əməkdaşı şəhid olub.

Daha çox oxuyun: İsrailin Suriyaya hava hücumu

9- Noyabrın 20-də Suriya daxilindən Türkiyənin Qaziantep vilayətində yerləşən Qoraqamiş bölgəsinə atılan raket nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daha çox oxuyun: Suriyadan Türkiyənin cənubuna raket hücumları baş tutub + FOTO

10- Noyabrın 21-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: “Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 4 dəfə pozub, onlardan 1 hadisə İdlib əyaləti, 1 hadisə Həma əyaləti və 2 hadisə Latakiya vilayəti ilə bağlı olub”.

11- Noyabrın 18-də Danimarka məhkəməsi bir qadını İŞİD-ə kömək etmək və münaqişə bölgələrinə getmək və Suriyada qeyri-qanuni qalmaq ittihamı ilə üç il həbs cəzasına məhkum edib. Bu 35 yaşlı qadın 2013-cü ildə əri ilə birlikdə Suriyaya gedib və 2018-ci ildə İŞİD bölgələrindən qaçarkən kürd silahlıları tərəfindən həbs edilib və nəzarət olunan ərazilərdəki (SDQ) Roj düşərgəsinə göndərilib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir