Suriyadan Türkiyənin cənubuna raket hücumları baş tutub + FOTO

Çərşənbə axşamı 22 Noyabr 2022 - 03:32
https://az.iswnews.com/?p=15731

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya daxilindən Türkiyənin Qaziantep vilayətində yerləşən Qoraqamiş bölgəsinə atılan raket nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Noyabrın 20-də Qaziantep vilayətinin Qoraqamiş bölgəsində azı 4 raket yaşayış məntəqələrinə, biri isə məktəbə düşüb, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Raket hücumu xəbərini təsdiqləyən Qaziantep qubernatoru “atılan raketlərin sayının 5 olduğunu, yaralananlardan ikisinin vəziyyətinin ağır olduğunu” bildirib.

Bu hücuma cavab olaraq Türkiyə silahlı qüvvələri Suriyanın Eyn Əl-Ərəb şəhərinin qərbində yerləşən Cerablus şəhəri ətrafını və Zor-Muğar və Əl-Ziyarə kəndlərindəki kürd silahlılarının mövqelərini hədəfə alıb. Hələlik bu hücum nəticəsində itkilərin və dəyən ziyanların dəqiq miqdarı barədə heç bir məlumat açıqlanmayıb.

Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, Türkiyə ordusunun Suriya və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə hücumlarını nəzərə alsaq, bu hücumun Türkiyənin son hava hücumlarına cavab olaraq kürd silahlıları tərəfindən həyata keçirildiyi görünür.

Daha çox oxuyun: Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir