Orta Asiyada baş verən son hadisələr, 21 Noyabr 2022

Bazar ertəsi 21 Noyabr 2022 - 23:40
https://az.iswnews.com/?p=15683

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Dandpatan sərhəd-keçid məntəqəsində Taliban ilə Pakistan ordusu arasında şiddətli sərhəd qarşıdurması nəticəsində ən azı 16 əsgər və mülki şəxs həlak olub və yaralanıb.

Əfqanıstan:
1- Pəncşir:
– Noyabrın 18-də “Taliban” hərəkatının Pəncşirdəki komandiri “Moləvi Musafir”in göstərişi ilə “Taliban” hərəkatının silahlıları Pəncşirdəki təhlükəsizlik qüvvələrinin keçmiş komandiri Əbdül Həmid Xorasaninin qardaşı Qari Əbdül Moqimi həbs ediblər.
– Noyabrın 17-də Əhməd Məsud qüvvələrinin Taliban silahlılarının Xanc rayonunun Umərz kəndində yerləşən düşərgəsinə hücumu nəticəsində 3 taliban silahlısı yaralanıb.

2- Təxar:
– Noyabrın 16-də Taleqan şəhərinin birinci rayonunda Taliban məhkəməsinin girişi qarşısında yerləşdirilmiş bombanın partlaması nəticəsində iki Taliban silahlısı yaralanıb.
– Noyabrın 18-də Əhməd Məsud qüvvələri, Darqad şəhərində yerləşən Qolabad kəndində Xace Bahauddin rayonunda Taliban təhlükəsizlik qüvvələrinin komandiri “Qari Siracuddin Sahil”i qətlə yetirib.
– Noyabrın 18-də Əhməd Məsud qüvvələrinin Varsac rayonunda Kete Ambe kəndində Taliban silahlılarının forpostuna hücumu nəticəsində 5 taliban silahlısı öldürülüb və yaralanıb.

3- Kabil:
Noyabrın 17-də Kabil şəhərinin 8-ci rayonunda yerləşən Karte Nu Market məhəlləsində İŞİD terror qruplaşmasının ünsürləri sələfi din alimi və Əbu Bəkr Siddiq məscidinin imamı Qari Nəcibullah Əzizi və digər iki mülki vətəndaşı güllələyiblər.

4- Hərat:
Noyabrın 16-da Hərat şəhərinin 12-ci rayonunda yerləşən Hacı Abbas məhəlləsində Talibanın İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində ikisi Tacikistan vətəndaşı olmaqla altı nəfər öldürülüb, dörd nəfər isə həbs edilib.

5- Nənqərhar:
– Noyabrın 18-də naməlum silahlı şəxslər (ehtimal ki, Haqqani şəbəkəsi) Bati Kot rayonunda Təhrik-e-Taliban Pakistan hərəkatının cəbhə komandirlərindən biri, bu hərəkatın liderlərindən biri və Müfti Məzlumun yaxını olan Babuci ləqəbli “Adel Əli Seyfullah”ı qətlə yetiriblər.

– Noyabrın 18-də Talibanın Çaparhar rayonunda İŞİD-in sığınacağına qarşı apardığı kəşfiyyat əməliyyatı nəticəsində bu qrupun dörd üzvü həbs edilib.

6- Faryab:
Noyabrın 19-da naməlum silahlı şəxslər (ehtimal ki, Türküstan Azadlıq Pələngləri) Meymənə şəhərində Taliban Məhkəməsi qarşısında iki taliban silahlısını güllələyib.

7- Paktiya:
– Noyabrın 15-də Dandpatan şəhəri ilə sərhəddə yerləşən Xarlasi (Xarlaçi) sərhəd kəndində Taliban silahlıları ilə Pakistan əsgərləri bir-biri ilə toqquşub. Bu münaqişədə itki olmayıb.
– Noyabrın 15-də Barmal rayonunun sərhəddə yerləşən Mərğə kəndində Pakistan əsgərlərinin açdığı atəş nəticəsində bir Əfqanıstan vətəndaşı həlak olub.
– Noyabrın 17-də naməlum silahlı şəxslər (ehtimal ki, Haqqani şəbəkəsi) Zormot qəsəbəsində Təhrik-e-Taliban Pakistanın sərhəd komandiri “Qari Zakirin”ə sui-qəsd təşkil edərək öldürüblər.

– Noyabrın 19-da Dandpatan rayonunun sərhədində yerləşən Xarlasi (Xarlaçi) kəndində son bir neçə gündə Taliban silahlıları ilə Pakistan sərhədçiləri arasında üçüncü dəfə toqquşma baş verib.
– Noyabrın 20-də Taliban ilə Pakistan ordusunun sərhəd mühafizə qüvvələri arasında dördüncü ağır toqquşma nəticəsində Dandpatan rayonunun sərhədində yerləşən Xarlasi (Xarlaçi) kəndində azı 16 hərbçi və mülki şəxs həlak olub və yaralanıb. Son statistikaya görə, Pakistan ordusunun bir əsgəri həlak olub, ikisi Pakistan vətəndaşı olmaqla on nəfər yaralanıb. Talibanın itkiləri 5 nəfərin öldüyü, bir neçəsinin isə yaralandığı bildirilir. Qardiz əhalisi yaralı talibançılara qan vermək üçün xəstəxananın qarşısına toplaşıb. Yerli mənbələr Taliban və Pakistan arasında münaqişənin səbəbini sərhəddə yerləşən Xarlaçi kəndinin mülkiyyəti ilə əlaqələndirirlər.

8- Səmənqan:
Noyabrın 15-də yerli mənbələr Aybək şəhəri və Həzrət Sultan rayonu səmalarında B-52 təyyarəsi və iki dronun (ehtimal ki, Amerikaya məxsus) uçuşu barədə məlumat yayıblar.

9- Nimruz:
Noyabrın 18-də Talibanın Konq şəhərindəki 215-ci Əzəm diviziyasının 3-cü briqadasının silahlıları İranın Sistan və Bəlucistan əyalətinin torpağına hərbi texnikanın o cümlədən, iki “M4” silahı, iki gecəgörmə kamerası, 21 maqazin, üç minaatan, 11 ədəd “RPG” mərmisi və minlərlə döyüş patronu qaçaqmalçılığının qarşısını aldığını iddia edib. Qeyd edək ki, Əfqanıstan xəbər mənbələri son aylarda İrana qaçaqmalçılıq yolu ilə atıcı silah və hərbi texnikanın aparılması ilə bağlı çoxlu xəbərlər dərc edib.

10- Qəndəhar:
Noyabrın 19-da Taliban silahlıları Spin Boldak-Çaman sərhəd-keçid məntəqəsində Pakistan sərhədçilərinə atəş açan “Qari Bilal”ı Pakistan hökumətinə təslim edib. Talibanın bu hərəkətindən sonra Pakistan Spin Boldak-Çaman sərhəd keçidini yenidən açıb. (Daha ətraflı)

11- Noyabrın 15-də Talibanın iqtisadiyyat naziri Qari Din Məhəmməd Hənif Məşhəd şəhərinə səfər edib və İranın Xorasan Rəzəvi vilayətinin qubernatoru Yaqub Əli Nəzəri ilə görüşüb söhbət edib.

Tacikistan:
1-
Noyabrın 15-də Səudiyyə Ərəbistanının Tacikistandakı səfiri “Vəlid Bin Əbdürrəhman Əl-Rəşidan” səfirliyin Düşənbədəki qərargahında Tacikistan Prezident aparatına bağlı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xeyruddin Osmanzadə ilə görüşüb söhbət edib.

Pakistan:
1-
Noyabrın 15-də Kəraçi şəhərində Pakistan Ordusunun ev sahibliyi və İran da daxil olmaqla 64 ölkənin nümayəndələrinin iştirakı ilə “IDEAS2022” adlı beynəlxalq hərbi texnika və müdafiə sənayesi sərgisinin dövrü başladı.
2- Hayber-Paxtunxva:
– Noyabrın 16-da Şimali Vəziristanın Ləki Mərvat kəndində Təhrik-e-Taliban Pakistan (TTP) üzvləri ilə Pakistan polis qüvvələri arasında baş verən toqquşma nəticəsində Pakistan polis qüvvələrinin 6 əməkdaşı həlak olub.
– Noyabrın 18-də Təhrik-e-Taliban Pakistan (TTP) kamikadzesinin Cənubi Vəziristanın Çağmalay bölgəsində sülh komitəsinin qərargahına hücumu nəticəsində Pakistan hökuməti tərəfdarları olan Əkrəm Məhsud qrupunun üç silahlısı və bir Pakistan əsgəri həlak olub, bir mülki şəxs yaralanıb.
Qeyd edək ki, Əkrəm Məsudun dəstəsi hökumətə tabe olan silahlı qruplaşmalardan biri və hökumətlə Təhrik-e Taliban arasında aparılan danışıqlarda sülh komitəsində mühüm rol oynayan “Təhrik-e-Taliban”ın ayrıca qoludur. Həmçinin bu qruplaşmada ümumiyyətlə terrorçu qruplardan ayrılmış silahlı şəxslərdən istifadə olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam