Fələstində baş verən son hadisələr, 20 noyabr 2022

Bazar 20 Noyabr 2022 - 22:23
https://az.iswnews.com/?p=15674

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müdafiə naziri Benni Qantz deyib: “İranın təsir və nüfuzlarının genişlənməsinin dayandırılması həyati əhəmiyyət kəsb edir və İsrail CENTCOM çətiri altında bəzi fəaliyyətləri ilə buna nail olmaq niyyətindədir və biz öz sərhədlərimiz daxilində terror yaratmaq cəhdlərinə qarşı fəaliyyət göstərməyə davam edəcəyik.”

– Noyabrın 9 və 10-da İordan çayının qərb sahilində dörd atışma əməliyyatı, sionist mühacirlərlə qarşıdurma və onların maşınlarına hücum da daxil olmaqla ən azı 27 anti-İsrail əməliyyatı keçirilib və bu əməliyyatlar zamanı iki israilli yaralanıb.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 13 Noyabr 2022

– Tanınmış israilli yazıçı və analitik Yoni Ben Menahim deyib: “Ərinul-Usud dəstəsindən sonra Benyamin Netanyahunun üzləşdiyi ən təhlükəli təhdidlər, Əbu Rəədin komandanlığı altında Fəth və İslami Cihad fəallarından ibarət Cənin batalyonu və Nablusdakı Balata batalyonudur.”
– Walla İsrail mediasının iddiasına görə, son iki il ərzində sionist rejim ordusunun bazalarından ən azı 320 min patron oğurlanıb ki, onların bir qismi Fələstin müqavimət dəstələrinə çatıb.
– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları bu ölkənin işğal olunmuş Fələstinə yeni səfiri təyin edib.
– İsrail rejiminin müdafiə naziri Benni Qantz Amerika Federal Polisinin fələstinli amerikalı jurnalist Şirin Əbu Aqilənin şəhadəti ilə bağlı araşdırmasını böyük səhv adlandırıb və bu rejimin öz əsgərlərinin arxasında dayandığını və bu mövzuda Vaşinqtonla əməkdaşlıq etməyəcəyini bildirib.
– Noyabrın 14-də sionist işğalçı qüvvələr, Əl-Xəlilin şimal-şərqindəki Səir qəsəbəsində bir Fələstin vətəndaşının evini dağıdıblar.
– Noyabrın 14-də Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın xaricdəki siyasi ofisinin rəis müavini Musa Əbu Mərzuqun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti, Livan İctimai Təhlükəsizliyinin baş direktoru general-mayor Abbas İbrahimlə Beyrutda görüşüb.
– Noyabrın 15-də İordan çayının qərb sahilində yerləşən Ariel qəsəbəsində iki fələstinlinin bir qrup sionistə soyuq silahlarla hücumu zamanı 3 nəfər həlak olub, daha 3 sionist isə ağır yaralanıb.

Daha çox oxuyun: İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş tutub + VİDEO

– BMT-nin Yaxın Şərq üzrə sülh koordinatoru Tor Uinsland 19 yaşlı fələstinli qız Felah Əl-Musalimənin Ramallahın qərbindəki Beytoniya qəsəbəsində İsrail əsgərləri tərəfindən şəhid edilməsinin dərhal və hərtərəfli araşdırılmasını istəyib.
– İsrail rejiminin müdafiə naziri Benni Qantz axşam saatlarında İordan çayının qərb sahilinin şimal hissəsində 100 kilometrlik divar tikintisi planının təsdiqləndiyini açıqlayıb.
– Noyabrın 16-da ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahının (CENTCOM) komandiri, general Maykl Korilla işğal olunmuş Fələstinə gəldikdən sonra İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi ilə görüşüb və söhbət edib.
– Noyabrın 16-da Likud Partiyasının açıqlamasına əsasən, Benyamin Netanyahunun iki sağçı Dini Sionizm və Tövrat Yəhudiliyi partiyası ilə yeni kabinetin formalaşdırılması üçün keçirəcəyi görüşlər naməlum səbəblərdən ləğv edilib.
– Noyabrın 18-də sionist rejimin müdafiə naziri Benni Qantz bəyan etdi ki, “İranın hərbisi hələ də region və dünya üçün böyük təhlükədir. İranın təsir və nüfuzlarının genişlənməsinin dayandırılması həyati əhəmiyyət kəsb edir və İsrail CENTCOM çətiri altında bəzi fəaliyyətləri ilə buna nail olmaq niyyətindədir və biz öz sərhədlərimiz daxilində terror yaratmaq cəhdlərinə qarşı fəaliyyət göstərməyə davam edəcəyik.”
– Noyabrın 18-də Fələstin müqaviməti hərbi qüdrətini gücləndirmək üçün raket sınaqlarını davam etdirmək məqsədilə dənizə doğru bir neçə raket atdı.
– Azərbaycan Respublikası Parlamenti bu ölkənin işğal olunmuş Fələstində səfirliyinin açılmasının lehinə səs verdi. Sionist rejimin Xarici İşlər Nazirliyi də bəyanat dərc etməklə Azərbaycan Respublikasının bu qərarını alqışlayıb.
– Noyabrın 20-də İsrailin müdafiə naziri Beni Qantzla, Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov arasında iki tərəfli əməkdaşlıqların gedişatı barəsində telefon danışığı olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir