Zaporojyada döyüşləri bərpa etmək üçün Ukrayna kütləvi hücumlara hazırlaşır

Bazar 20 Noyabr 2022 - 21:09
https://az.iswnews.com/?p=15669

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna silahlı qüvvələri Zaporojya vilayətinin şimalında döyüşləri bərpa etmək üçün qoşun və hərbi texnika göndərir.

Yerli mənbələrin məlumatına görə, Ukrayna silahlı qüvvələri Zaporojya vilayətinin şimal cəbhəsinə azı 25 min hərbçi toplayıb və bu cəbhədə daha geniş hücumlara hazırlaşır. Bununla əlaqədar Ukrayna ordusunun iki batalyonu Xerson cəbhəsindən və Preobrajenski körpüsündən Zaporojyaya köçürülüb. Yük qatarının, həmçinin ağır artilleriya texnikasını, o cümlədən bir neçə Himars reaktiv yaylım atəş sistemini (HIMARS) Zaporojyadakı Volnyansk dəmir yolu stansiyasına daşıdığı bildirilir.

Hazırda münaqişələr Urixaif və Qoliapel bölgələrində cəmləşib və ümumi hücumlar artilleriya və qırıcıların havadan bombardmanları ilə məhdudlaşır.

Rusiya hava-raket qüvvələrinin ukraynalıların yüksək qüvvə dəyişikliklərinə biganə qalması Rusiya-Ukrayna müharibəsinin maraqlı məqamlarından biridir ki, bu da əvvəllər şərq və şimal cəbhələrində müşahidə olunurdu.
Ukraynanın cənub cəbhəsinin dəyişikliklərinə əsasən, görünən odur ki, Ukrayna ordusunun bu cəbhədə mümkün əməliyyatlarının əsas hədəfi Zaporojya vilayətinin cənubundakı Melitopol şəhəridir. Ukraynanın bu şəhər üzərində nəzarəti Xerson vilayətinin şərq yarısının boşaldılması üçün Rusiyaya təzyiq etməklə yanaşı, Ukraynanın cənubundakı Berdiansk, Mariupol və hətta Krım yarımadası kimi digər şəhərlərə qurudan hücum üçün zəmin yaradır.
Cənub cəbhəsini sabitləşdirmək üçün danışıqlar məsələsindən əlavə, Rusiya ordusu Dnepr çayının sahilində irəliləməli və Zaporojya şəhərini və Donetsk vilayətinin qərb yarısını nəzarətə götürməlidir ki, bu da ukraynada müharibə gedişatını nəzərə alsaq, çətin məsələdir.

Daha çox oxuyun: Rusiya Dnepr çayının qərbindən tamamilə geri çəkildi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir