Mozambikin şimalında İŞİD-in son hücumlarının təfərrüatları

Şənbə 19 Noyabr 2022 - 20:53
https://az.iswnews.com/?p=15631

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mozambikin şimalında yerləşən Kabo-Delqado əyalətində İŞİD terrorçularının hücumları nəticəsində azı səkkiz xristian ölüb, onlarla kənd sakininin evi yandırılıb.

İŞİD-in xəbər mənbələrinə əsasən, bazar ertəsi, noyabrın 14-də İŞİD terrorçuları Mozambikin şimal-şərqində yerləşən Kabo-Delqado əyalətinin Moidumbi qəsəbəsinin Namakiol xristian kəndinə hücum edərək, kənd sakinlərinin bəzi evlərini yandırıblar. İŞİD Moidumbi qəsəbəsinin Mvabola xristian kəndinə də hücum edib və Mozambik ordusu qüvvələri və yerli hökumətə bağlı qruplarla qarşıdurmada olub. Bu qarşıdurmalarda İŞİD 10 evi yandırıb və bir xristianı əsir götürərək başını kəsib.

Məlumatlara görə, İŞİD-in “Vilayətu Mozombiq” ünsürləri eyni gün Kabo-Delqado əyalətinin Palma şəhərinin Marika kəndinə də hücum edərək, həmin ərazidə iki xristianın başını kəsib.

İŞİD, həmçinin bazar günü 13 noyabr tarixində, Moidumbi qəsəbəsinin Litabata kəndi və Palma şəhərindəki Malia kəndlərinə də hücum edərək, həmin məntəqələrdə xristianlardan ikisini güllələyib və üç nəfərin başını kəsib.

Qeyd edək ki, Mozambikin şimal-şərqində yerləşən Kabo-Delqado əyaləti son zamanlar İŞİD terror ünsürlərinin davamlı hücumları səbəbindən Afrikanın ən qızğın bölgələrindən birinə çevrilib və İŞİD ünsürlərinin hücumları nəticəsində bir çox xristian kənd sakini öz evlərini, kəndlərini tərk edərək başqa ərazilərə köçüb, başqa yerlərə sığınacaq tapıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir