İranın Xuzistan vilayətində törədilən terror aktı nəticəsində 20-dən çox şəhid və yaralı var

Cümə axşamı 17 Noyabr 2022 - 13:28
https://az.iswnews.com/?p=15581

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Xuzistan əyalətində yerləşən İzeh şəhərində naməlum silahlı şəxslərin mülki şəxslərə və polis əməkdaşlarına atəş açması nəticəsində 15-dən çox mülki şəxs şəhid olub və yaralanıb.

İzeh şəhərinin mərkəzi bazarına daxil olaraq polis əməkdaşlarına atəş açan naməlum silahlı şəxslər 16 noyabr tarixində iki motosiklet və “Kalaşnikov” avtomatından istifadə edərək onlardan əlavə mülki şəxsləri də güllələyiblər. Bu terror aktı nəticəsində biri uşaq olmaqla 6 nəfər şəhid olub, 10-dan çox insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik bu terror aktına görə məsuliyyəti heç bir şəxs və ya qruplaşma öz üzərinə götürməyib və kəşfiyyat orqanları bu terror aktını törədənlərin müəyyən edilərək tutulması əməliyyatına başlayıb.

Bu terror aktı ilə eyni vaxtda daha iki motosikletçi İranın mərkəzində, İsfahan şəhərinin Xame-Şəhr bölgəsində Bəsic qüvvələrinə atəş açıb, iki nəfəri şəhid, iki nəfəri yaralayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir