Suriyanın Dəraa şəhərində yerləşən Əs-Səəd məhəlləsi İŞİD ünsürlərindən tam təmizləndi!

Cümə axşamı 17 Noyabr 2022 - 00:14
https://az.iswnews.com/?p=15573

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun qüvvələri və yerli silahlı qrupların Dəraa şəhərinin Əs-Səəd məhəlləsində həyata keçirdiyi silsilə təhlükəsizlik əməliyyatları nəticəsində azı 30 İŞİD üzvü öldürülüb və bu ərazi bu terror qruplaşmasının ünsürlərinin mövcudluğundan tamamilə təmizləndi.

İŞİD qruplaşmasının Dəraa vilayətində terror fəaliyyətlərini artırdıqdan sonra bu il oktyabrın 31-də Suriya ordusu qüvvələri və yerli silahlı qruplar Dəraa şəhərinin “Əs-Səəd” məhəlləsində İŞİD ünsürlərinə qarşı bir sıra təhlükəsizlik əməliyyatlarına başlamışdır.

Bu əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının azı 30 cəbhə komandiri, ünsürləri və tərəfdaşları məhv edilib. Qarşı tərəfdə isə Suriya ordusu və yerli silahlılarından 8 nəfər, həmçinin 2 mülki şəxs şəhid olub.

Yerli mənbələrə görə, Əs-Səəd məhəlləsi indi İŞİD ünsürlərinin öldürülməsindən və bu terror qruplaşmasının “Abu Tajeh” ləqəbli “Abrazham Moyed Harfuş” və “Hafu” ləqəbli “Mohammed Musalimə” adlı iki cəbhə komandirinin Əl-Naimə şəhərinə qaçmasından sonra məhəllə tamamilə təmizlənib. Hələlik Suriya rəsmiləri və komandirləri bu əməliyyatın sonu və nəticələri ilə bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, son həftələrdə Dəraa şəhərində İŞİD ünsürlərinin hərəkatlarının və sui-qəsdlərinin artması Suriya təhlükəsizlik qüvvələrinin bu terror qruplaşmasının ünsürlərinin saxlanılması və ərazilərin təmizlənməsi məqsədi ilə əməliyyat planlaşdırıb həyata keçirməsinə səbəb olub. Dəraa şəhərində təhlükəsiz vəziyyəti, terrorçuların fəaliyyətləri və Dəraa əyalətindəki sui-qəsdləri nəzərə alsaq, çox güman ki, Dəraa şəhərində əməliyyatlar başa çatdıqdan sonra Suriya hərbçiləri bu vilayətin “Casim” və “Əl-Masirafa” kimi digər şəhərlərinə gedərək, silahlı və terrorçu ünsürləri təmizləmək məqsədi ilə bir sıra təhlükəsizlik əməliyyatları başladacaqlar.

Daha çox oxuyun: Dəraada Suriya ordusu ilə İŞİD ünsürləri arasında qarşıdurma baş verib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir