İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş tutub + VİDEO

Çərşənbə axşamı 15 Noyabr 2022 - 23:04
https://az.iswnews.com/?p=15543

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, iki fələstinlinin Ariel qəsəbəsində sionistlərə hücumu nəticəsində azı 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Bu gün noyabrın 15-də İordan çayının qərb sahilinin Ariel qəsəbəsində iki fələstinlinin bir qrup sionistə qarşı soyuq silahlarla hücumu zamanı 3 nəfər həlak olub, daha 3 sionist ağır yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Hadisədən bir neçə dəqiqə sonra, 19 yaşlı “Məhəmməd Səvvaf” adlı fələstinli olan ilk əməliyyatçı İsrail təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. İkinci əməliyyatçının taleyi ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, bu il oktyabrın 29-da “Məhəmməd Kamil Əl-Cəəbəri” adlı fələstinli silahlı şəxs İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərinin Kiryat Ərbə qəsəbəsi yaxınlığında İsrail əsgərlərinə atəş açmışdır. Nəticədə bir sionist öldürülmüş, beş nəfər yaralanmışdır.

Daha çox oxuyun: Əl-Xəlil şəhərində anti-sionist əməliyyatı baş tutub+ FOTO

Əməliyyat yerindən video (1)
Əməliyyat yerindən video (2)
Əməliyyat yerindən video (3)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir