Əliyevin Türk Dövlətləri Təşkilatında özünü göstərməsi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (OTS) üzv ölkələrin rəhbərlərinin toplantısı keçirilib. Azərbaycan Prezidenti öz çıxışında bu təşkilata üzv olan ölkələrin Azərbaycan Respublikasının siyasətində rol oynamağa çağırıb. İlham Əliyevin açıqladığı siyasətin bir hissəsi də İran və Ermənistan daxil olmaqla qonşularla gərginlik məsələsidir!
Azərbaycan Prezidenti türk əsilli əhalinin müxtəlif bölgələrdə olmasına toxunaraq dedi: “Türk dünyası təkcə müstəqil türk dövlətləri deyil və onun coğrafi sərhədləri çox genişdir”. Buna görə də İlham Əliyev üzv dövlətlərdən siyasi sərhədlərdən kənarda fəaliyyət dairəsini genişləndirməyi xahiş edib. O, əlavə edib: “Türk Dövlətləri Təşkilatının türk olan əhalinin hüquqlarının müdafiəsi, təhlükəsizliyi, etnik kimliklərinin qorunub saxlanması, türk olmayan ölkələrdə yaşayan türklərin məcburi inteqrasiyasının qarşısının alınması əsas məsələ və gündəlik plana çevirməsi zamanı gəlib çatıb”.
O, İranın azəri əhalisi mövzusunu qabardaraq iddia edib: “Türk dünyasının gənc nəsli qeyri-türk ölkələrində öz ana dilində təhsil almalıdır. Təəssüf ki, Azərbaycan Respublikasının sərhədləri boyunca yaşayan 40 milyonluq (!) azərbaycanlı əhalinin əksəriyyəti belə bir imkandan məhrumdur. Türk ölkələrinin ətraf ölkələrində soydaşlarımız yaşayır və onların ana dilində öyrənməsi bu təşkilatın gündəlik proqramı olmalı, bununla bağlı lazımi tədbirlər görülməlidir”.
Əliyev digər qonşu dövlətlərin işlərinə qarışdığını dolayısı ilə etiraf edərək əlavə edib: “Azərbaycan hökuməti xarici ölkələrdə yaşayan azərbaycanlıların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirir. Biz səylərimizi davam etdiririk ki, Azərbaycan hökumətindən acı tale (!) ilə ayrılan qohumlarımız Azərbaycanın dilini, adət-ənənəsini, mədəniyyətini, idealarını, Azərbaycanla münasibətini qoruyub saxlasınlar”.
Azərbaycan hökumətinin yüksək rütbəli rəsmisi Ermənistanla son gərginliyi dilə gətirərək iddia edib: “Biz öz torpağımızdayıq və Praqada və Soçidə keçirilən görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb. Biz hələ də öz vətənimizdə və Ermənistanla sərhəd xəttindəyik və Ermənistanın əsassız iddialarını qətiyyətlə rədd edirik. Bu ölkənin (Ermənistanın) ideologiyasının əsasını islamafobiya və türkofobiya təşkil edir. İşğal zamanı (Qarabağ) Ermənistan ölkəmizdə bir milyondan artıq mina yerləşdirib. Ümumilikdə 67 məsciddən 65-ni işğal zamanı dağıdıb və ya donuz saxlayıblar ki, bu da bütün İslam dünyasına təhqirdir. Naxçıvana qoşulmaq üçün dəhlizin tikintisi hərbi əməliyyatların dayandırılması bəyannaməsinin tərkib hissəsidir və Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”.
İslam Dünyası Xəbərlərinin təhlilinə əsasən, belə görünür ki, İlhəm Əliyevin türk və azəri əhalisi ilə bağlı dediyi ilk hissələr o qədər kəskin olub ki, əslində digər ölkələrin, o cümlədən İranın ərazi bütövlüyünə təhlükədir. Ona görə də Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı onu silib, kəsilmiş formada dərc edib. İlham Əliyev İran və Ermənistanla siyasi qarşıdurmada yeni təsir edici oyunçu kimi Türk Dövlətləri Təşkilatının ayaqını Qafqaz regionuna açmaq istəyir. O, Ərəb Liqasının Əl-Cəzairdə keçirilən toplantısında da fəxri qonaq kimi eyni yanaşmanı davam etdirmişdi. Onun hakimiyyətinin təkbaşına İranın sivilizasiya gücünə qarşı durmaq iqtidarında olmadığını bilən İlham Əliyev, bütün imkanlardan istifadə edərək, regional və beynəlxalq ölkələrin diqqətini öz iqtidar boşluğunu doldurmağa kömək etmək üçün cəlb edir.
Daha çox oxuyun: Ərəb Liqası Qafqazın yeni güc strukturu olacaqmı?
Rəy