Qarabağda, Azərbaycan və Ermənistan sərhədində yeni sərhəd gərginliyi + FOTO

Bazar ertəsi 14 Noyabr 2022 - 19:07
https://az.iswnews.com/?p=15377

Azərbaycanın Müdafiə Nazirliyi çərşənbə və cümə axşamı günləri yaydığı bəyanatlarda bu ölkənin ordusunun Ermənistanın Geğarkunik vilayətinin Vardenis rayonundan Kəlbəcər rayonuna atəş və artilleriya və minaatan hücumlarına cavab verdiyini bildirib. Həmçinin, Rusiya Federasiyası sülhməramlılarının olduğu yerin yaxınlığından Azərbaycanın Xocavənd vilayətindəki mövqeləri və Qarabağ bölgəsinin təmas xəttləri də hücuma məruz qalıb. Azərbaycan ordusunun bəyanatına görə, itki olmamışdır.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Geğarkunik vilayətinə hücumlarını təsdiqləyib və hərbi mövqelərə artilleriya zərbələri nəticəsində 5 əsgərin ağır yaralandığını açıqlayıb. Qarabağ bölgəsi daxilindəki erməni mənbələri Azərbaycan ordusunun hücumlarından, təmas xətti yaxınlığındakı sakinlərin qorxduqlarından danışıb.

Bu bölgənin erməni vətəndaşları hesab edirlər ki, son hücumlar Bakı rəsmilərinin Xankəndidə 50 min nəfərin toplanmasından qəzəblənməsi və Azərbaycana qoşulmasına qarşı çıxanlar ucbatından törədilib. Qarabağdakı ermənilərə nəzarət edən Ermənistan hakimiyyətinin iddialarına görə, hazırda bu bölgədə 120 min vətəndaş yaşayır. Çoxu erməni əsilli, bir qismi isə yezidi kürdləridir. Azərbaycanın dövlət mediası bu nümayişi avtobus və pulla edilən 50 dollarlıq adlandırıb.

Azərbaycana birləşmək əleyhinə Xankəndidə 50 min nəfərin nümayişindən

Ötən cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki və təmas xətlərindəki gərginliyin davam etməsindən narahatlığını ifadə edərək demişdi: “Azərbaycan Ermənistanı Moskva atəşkəsi və Soçinin deeskalasiya bəyannaməsini hücumlarla pozmaqda ittiham etməyə çalışır”. O, həmçinin Qarabağ bölgəsində təmas xətlərinin sərhədində neytral zonanın yaradılmasını tələb edib.
Paşinyanın müxalifləri Azərbaycanın hücumlarına cavab vermədiyinə və Qarabağ bölgəsi ermənilərinin hüquqlarını müdafiə etmədiyinə görə onu satqın adlandırıblar.

Azərbaycan Respublikasının rəsmi mediaları buna kifayət eməyərək bu dəfə 10 noyabr 2020-ci il tarixində atəşkəs sazişi imzalandıqdan sonra Rusiya istehsalı olan minaların Ağdamın boşaldılmış ərazisində aşkar edilməsi barədə məlumat yayıb. İddiaçı mənbələr hələ bu minalarla bağlı sübut təqdim etməyiblər. Qeyd edək ki, Ermənistan ordusu 20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşmasına əsasən işğal etdiyi Ağdam rayonunu Azərbaycana qaytarmışdır.

İslam Dünyası Xəbərlərinin təhlilinə görə, Azərbaycanda hələ də gərginlik yaratmaq, gülləbaran etmək, atəşkəs rejimini pozmaq, ittihamlar səsləndirmək şəklində anti-erməni siyasəti davam etdirilir. Həmçinin bu ölkənin daxilində ictimai fəallar hesab edirlər ki, bu siyasətin yaradıcıları gərginlik yaratmaqla Azərbaycan hökumətinin məsuliyyət daşıdığı siyasi diktatura ilə yanaşı, iqtisadi qeyri-sabitlik və korrupsiyanı da ört-basdır etməyə çalışırlar.

Daha çox oxuyun: Ermənilər Xankəndində etiraz aksiyası keçirib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir