İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 13 Noyabr 2022

Bazar 13 Noyabr 2022 - 23:47
https://az.iswnews.com/?p=15369

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin təhlükəsizlik xidmətinin davamlı əməliyyatlarına baxmayaraq, İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarının tendensiyası artmaqdadır.

Noyabrın 9 və 10-da İordan çayının qərb sahilində dörd atışma əməliyyatı, sionist mühacirlərlə qarşıdurma və onların maşınlarına hücum da daxil olmaqla ən azı 27 anti-İsrail əməliyyatı keçirilib, nəticədə iki israilli yaralanıb.

Qarşıdurmaların davamında Fələstin müqavimət qüvvələri Əl-Xəlilin şimalında Beyt Əmr qəsəbəsinin girişi yaxınlığında mövqe tutan çoxlu sayda İsrail əsgərinə atəş açıb.

Bununla bağlı İsrail rejiminin ordusu bu rejim əsgərlərinin atəşə tutulması xəbərini təsdiqləyən bəyanat yayaraq, bu hadisədə itki olmadığını iddia edib. İsrail ordusunun açıqlamasına görə, bu əməliyyatı “Kətaib Şühəda Əl-Əqsa” qüvvələri həyata keçirib.

İsrailin bir sıra təhlükəsizlik əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarında İordan çayının qərb sahilində bu rejimin təhlükəsizlik qüvvələri tərəfindən beş fələstinli anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

İordan çayının qərb sahilində hökm sürən təhlükəsizlik şəraitinə və İsrail rejiminin təhlükəsizlik xidmətinin davamlı səylərinə baxmayaraq, anti-İsrail əməliyyatları tendensiyası artmaqdadır, belə ki, fələstinlilər tərəfindən 2022-ci ilin əvvəlindən İordan çayının qərb sahilində və işğal edilmiş Qüdsdə, 25 sionistin ölümü və 420 sionistin yaralanmağı ilə nəticələnən on minlərlə anti-İsrail əməliyyatı həyata keçirilib.

Daha çox oxuyun:
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 9 Noyabr 2022
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 6 Noyabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir