Azərbaycanın Tehrandakı səfirinin çağırılmasının pərdəarxası nə idi?

Bazar 13 Noyabr 2022 - 23:32
https://az.iswnews.com/?p=15361

İran İslam Respublikası Azərbaycan Respublikasının illərlə apardığı təbliğat və etdiyi iddialardan sonra bu ölkənin Tehrandakı səfirini çağırıb. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi cümə axşamı, noyabrın 10-da Azərbaycan Respublikasının səfirini çağıraraq, hökumətin rəsmi etirazı barədə ona məlumat verib. Əlizadənin çağırılması bu ölkənin prezidenti İlham Əliyevin Şuşa şəhərində təhdid xarakterli bəyanatları və dövlət mediasının İranın azərilər yaşayan məntəqələrinin ərazi bütövlüyü ilə bağlı iddialarından sonra baş verib.

Azərbaycan prezidentinin təhdidi
Çərşənbə günü Şuşada çıxışı zamanı İlham Əliyev İran İslam Respublikası hökumətini Ermənistanla münasibətinə görə ikiüzlü və Qarabağın işğalının tərəfdarı adlandırıb. O, bəyan edib ki, Araz çayı boyunca manevrlərin keçirilməsi və Zəngəzur dəhlizinə qarşı çıxmaq Ermənistana dəstək əlamətidir. O, həmçinin Ermənistan və onun havadarlarına (İran) qarşı hərbi güc tətbiq olunmasını da vurğulayıb. İranda baş verən daxili hadisələrə toxunan Əliyev bu məsələni dolayısı ilə dəstəkləyib və İranı təhlükəsizliyinin olmadığı bir ölkə adlandırıb.

Sosial şəbəkələrdə gərginlik
Təbii ki, Azərbaycanın səfiri Əlizadə bundan əvvəl də şəxsi Twitter səhifəsində İran Azərbaycanı ilə bağlı ərazi iddiaları ilə çıxış etmişdi. Onun son iddiası ötən həftə görüntü yayımlayaraq “Təbrizin gecələri də gözəldir” sözlərini yazmaqla əlaqəli idi.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi də hicab müdafiəçisi ruhani Hacı Abgul Süleymanovun doğulduğu Lahıc kəndindən video yayıb və yazmışdır: “Lahıclı yaşlı, Qafqaz dağlarının qoynunda Mazandaran barəsində şirin olan farsca danışırdı.”

Pantürklər həmçinin İran əleyhdarlarının kiçik bir qrupunun İranın Bakıdakı səfirliyi qarşısında rezin qaloşlar və plastik yaşıl, ağ və qırmızı aftabalardan istifadə etdiyi toplantıların video görüntülərini yenidən yayımlamışlar. Qeyd edək ki, Aftaba və Qaloş geriliyin və zəifliyin simvoludur.

Media gərginliyi
Psixoloji müharibə dövründə bu ölkənin mediası analitik proqramlarda xəbərlər rubrikasının əvvəlində televiziya verilişlərində İranın ərazi bütövlüyünü, azərilərin məskunlaşdığı ərazilərin bölünməsi məsələsini gündəmə gətirir.
İran İslam Respublikasının “Səhər” telekanalının azəri bölməsi də öz proqramlarının birində Bakı və Gəncəni İran İslam Respublikasının şimal şəhərləri kimi adlandıraraq, böyük şair Nizami Gəncəvinin İran haqqında məşhur şerini oxuyub.

İranla idman gərginliyi
Təbii ki, gərginlik bununla da bitməyib və Bakı turnirində İranın böyüklərdən ibarət güləş yığması Türkiyə və Azərbaycanla qarşılaşmada haqsızlıqla üzləşib, matçın təşkilatçıları texniki heyətə mane olub, Azərbaycan milli komandası üzləri və tamaşaçılarının bəzisi onları təhqir ediblər.
Bu gərginliyin pik nöqtəsi güləşin son günündə, 130 kq çəki dərəcəsində Əli Əkbər Yusifinin rəqibi Beka Kandlakiyə 6:4 hesabı ilə qalib gələrək, İran bayrağı ilə döşəkçə ətrafına fırlanması ilə baş verib.
Yarışın sonuncu gününün xüsusi qonağı Azərbaycan prezidenti İlham Əliyev olub və bu tədbir zamanı zalda olub. Bu görüş beynəlxalq turnirin nəticəsini müəyyənləşdirir və İran komandası komanda oyunu və Bakı Dünya Kubokunun finalında 5-5 və 21-19 xalla qalib gəlib.
Hökumət azarkeşlərinin bu məğlubiyyətə qəzəbi təkcə İran millisi ilə məhdudlaşmır, hökumətə bağlı mətbuatda isə öz oyununda 8:0 hesabı ilə uduzan Tale Məmmədovun uduzmasının əsas günahkarını Azərbaycan komandası kimi təqdim edir.
Bakı 2022 Dünya Çempionatında İran, Azərbaycan, Türkiyə və Qırğızıstan komandaları iştirak edirdi.

İranın milli təhlükəsizliyinə təhdid
İran sərhəd mühafizəsinin bəyanatına görə, Araz və Şərqi Azərbaycan əyaləti sərhədində silah, sursat və partlayıcı tələlərin yükü aşkar edilərək ələ keçirilib. Həmçinin İran Milli Təhlükəsizliyi Nazirliyinin açıqlamasında bildirilir ki, Şirazın Şahçerağ ziyarətgahında törədilən terror aktını koordinasiya edən şəxs Azərbaycan Respublikasının vəhabi vətəndaşıdır. O, Bakıdakı Heydər Əliyev hava limanı vasitəsilə Tehranın İmam Xomeyni hava limanına gəlibmiş. Həmçinin, eyni nazirlikdən Dəmavənddə terror əməliyyatında istifadə edilən İsrail dronunun Azərbaycandakı Stalçay aviabazasından şəhid Möhsün Fəxrizadəyə qarşı uçduğunu göstərən xəbərlər dərc olunmuşdur.

İranı ittiham etmək
Azərbaycan Təhlükəzliyi Nazirliyi bu ölkənin üç vətəndaşının görüntülərini dərc edərək onların Hüseyniyyun (Hüseynçilər) müqavimət dəstəsinin üzvü olduqlarını və İrandan pul alaraq təxribat əməliyyatları həyata keçirmək niyyətində olduqlarını iddia etmişdir.
İslam Dünyası Xəbərləri ilə bağlı hesabata görə, Bakı rəsmilərinin İlham Əliyevin hakimiyyətinin iyirmi ildən artıq bir müddətdə etdikləri fəaliyyətlər Tehranda hökumət və hökumət rəsmiləri tərəfindən həmişə səbrlə qarşılanıb və bu, onlara qarşı, ilk çoxtərəfli reaksiyadır ki, gec edilib və kifayət etmir.

İran hökumətinin tərkibində Azərbaycan lobbisi adlanan qrup hər zaman iki hökumət arasında dostluq münasibətlərinin saxlanmasını Bakı hökumətinin rəsmilərinə cavab verməmək üçün bəhanə kimi bəyan edib və Azərbaycan tərəfdən gələn xəbərlərin əksəriyyəti İranın dövlət medialarında həmişə ciddi senzuraya məruz qalıb. Bu qrup üzvlərinin İran daxilində nazirlik və təşkilatlara təzyiq göstərməklə yanaşı, Əliyevlər ailəsinin sərvətlərinin idarəçiləri ilə isti iqtisadi münasibətlərin olduğu bildirilir. Buna misal olaraq Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana lüks avtomobil yüklərinin, qəhvə və sionist yəhudilərə aid bəzi markaların keçməsini göstərmək olar. Hətta iki ölkə arasında münasibətlərin böhranlı dönəmində belə İranın cənub limanlarından gələrək Astaranın quru sərhədindən keçən bu fəaliyyətlər dayanmır! Bu günlərdə İran İslam Respublikasının Milli Məclisində Azərbaycandan İrana avtomobillərin gətirilməsini nəzərdə tutan plan təklif olunub, belə gürünür ki, bu planın bu lobbi ilə əlaqəsi olmamış olmaz…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam