Çinlilər Əfqanıstanın qızıl mədənlərini qarət etməyə başladılar

Şənbə 12 Noyabr 2022 - 20:09
https://az.iswnews.com/?p=15329

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, çinli mühəndislər Talibanın yerli liderləri və komandirləri ilə əməkdaşlıq edərək Əfqanıstanın şimal-şərqində yerləşən Təxar vilayətində qızıl mədənlərinin hasilatını çıxartmağa başlayıblar.

Təxar vilayətindəki yerli mənbələrin verdiyi məlumata görə, çinli mühəndislər Çah Ab şəhərində yerləşən “Nurabe” qızıl mədənində qanunsuz mədən işinə başlayıblar. Bu mənbələr əlavə edib ki, çinlilər rəsmi müqavilə imzalamadan və qeyri-qanuni yollarla Talibanın bəzi yerli liderləri və komandirləri ilə razılığa gələrək Nurabe mədənindən qızıl çıxarmağa başlayıblar.

Nurabe qızıl mədəni Təxar əyalətinin Çah Ab şəhərində yerləşir və 260 ton qızıla malikdir.
Əfqanıstanın əvvəlki hökumətində olan Mədən və Neft Nazirliyi 2009-cu ildə BƏƏ-nin “West Land General Trading” şirkəti ilə Nurabe mədəninin kəşfiyyatı və hasilatının çıxarılmasına dair müqavilə imzaladı və on ildən sonra 2019-cu ildə iyunun 8-də bu müqavilə həmin Nazirlik tərəfindən ləğv edildi. Taliban, hakimiyyətə gəldikdən sonra bu qrupun yerli komandirləri Əfqanıstanın mədənlərinə, o cümlədən Nurabe mədəninə nəzarəti ələ keçirib və onların hasilatını, qanunsuz olaraq çinlilərə həvalə edib.
Həmçinin, çinlilər, bundan öncə, Luqar, Meydane Vərdək, Kabil və Bədəxşan əyalətlərində litium və mis mədənlərinin kəşfinə və hasilatlarının qeyri-qanuni çıxarılmasına başlamışdılar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir