Sərdar Hacızadə: İran hipersəs raketləri yaratmağa müvəffəq oldu! + VİDEO

Cümə 11 Noyabr 2022 - 14:51
https://az.iswnews.com/?p=15304

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Sərdar Əmir Əli Hacızadə general Həsən Tehrani Müqəddəmin şəhadətinin ildönümü mərasimi çərçivəsində hipersəs ballistik raketi yaratmağa müvəffəq olduqlarını açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Sərdar Əmir Əli Hacızadə dünən 10 noyabr tarixində general Həsən Tehrani Müqəddəmin şəhadətinin 11-ci ildönümü ilə əlaqədar çıxışında deyib: “Allahın lütfü ilə biz təkmilləşdirilmiş hipersəs ballistik raket əldə edə bildik. Bu raketlər ən əhəmiyyətli və inkişaf etmiş raketdən müdafiə sistemləri yerləşən məntəqədən keçərək düşmənin həmin müdafiə sistemlərini məhv etmə qabiliyyətinə malikdir. Bu sistem çox yüksək sürətə malikdir və istər atmosfer daxilində, istərsədə xaricində manevr etmək qabiliyyətinə malikdir. İran İslam Respublikasının nail olduğu bu raketlər atmosferin daxilində müdafiə ilə məşğul olan müdafiə sistemləri və ya xaricində müdafiə ilə məşğul olan çox bahalı müdafiə sistemlərinin hamısından keçə bilir. Mən hesab etmirəm ki, texnologiya bu sahədə gələcək bir neçə onillikdə belə bu sistemlərin öhdəsindən gələ bilsin. Bu raket düşmənin raket əleyhinə sistemlərini hədəfə alır və raketlər sahəsində böyük bir nailiyyətdir”.

Hipersəs ballistik raketi səs sürətindən 5-25 dəfə yüksək sürətlə hərəkət edən raketdir. ABŞ, Rusiya, Çin, Şimali Koreya və Hindistan indiyə qədər bu tip raketləri istehsal etdiklərini və ya satın aldıqlarını açıqlayıblar. Bundan əlavə, ABŞ hipersəs raketlərlə mübarizə aparmaq üçün raketdən müdafiə sisteminə nail olduğunu iddia edib, lakin bu iddia ilə bağlı heç bir dəlil və ya subut dərc edilməyib.

Hipersəs raketi İranın Amerika və ya İsrailin müdafiə sistemləri ilə üzləşmək üçün daha yüksək mərhələyə çatdıran ən son raket texnologiyalarından biridir. İran son günlərdə Qərbə üç mühüm hərbi mesaj verib ki, bu da böyük əhəmiyyət kəsb edir:
1- Uzaq mənzilli və ya qitələrarası ballistik raketin buraxılması üçün başlanğıc addım olan Qaim 100 peyk daşıyıcısının buraxılması.
2- 300 kilometrdən çox məsafədə hava hədəfləri ilə mübarizə apara bilən Səyyad 4 müdafiə raketinin nümayişi.
3- Hipersəs və ya səsdən sürətli raketlərin yaradılması.

Daha çox oxuyun: Ballistik raketlər və hipersonik silahlar arasında fərq nədir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir