Ərəb Liqası Qafqazın yeni güc strukturu olacaqmı?

Cümə axşamı 10 Noyabr 2022 - 17:24
https://az.iswnews.com/?p=15286

İranın, sərhədlərin qorunması ilə bağlı prinsipial və məntiqli mövqeləri, Ermənistanın cənubunun Azərbaycan tərəfindən nəzarətə götürülməsinə qarşı çıxması və Azərbaycan Respublikası mətbuatında İran əleyhinə təbliğatların aparılması səbəbindən Tehran və Bakı arasında münasibətlər o qədər də isti deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 1-də və Rusiyanın Soçi şəhərində keçirilən üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Respublikası ilə İran arasında o qədər də isti olmayan münasibətlər vaxtında Tehrana səfər edib. Paşinyanın səfəri İran mətbuatında işıqlandırılıb, digər tərəfdən isə həmin gün Azərbaycan prezidenti İlham Əliyevin Ərəb Liqasının sammitində fəxri qonaq olması xəbəri tamamilə göz ardı edilib! Qafqaz regionunda çox mühüm təsirləri ola biləcək və bu bölgəyə yeni gücün daxil olmasına səbəb ola biləcək mühüm məsələ.

Əlcəzairdə Ərəb Liqasının toplantısı

Noyabrın 1-də axşam Əlcəzairin paytaxtı Əlcəzair şəhərində Ərəb Liqası rəhbərlərinin görüşü keçirilib və Azərbaycan prezidenti iclasın təşkilatçıları və iştirakçıları tərəfindən qarşılanıb. İlham Əliyev bu iclasdakı çıxışında Qarabağın Ermənistan tərəfindən işğalı, müsəlman məscidlərinin dağıdılması və təhqir olunması, Qarabağın azad edilməsi və yenidən qurulması kimi məsələləri qaldırıb. O, həmçinin ölkəsinin enerji daşıyıcılarının təchizatçısı və Şərqlə Qərb arasında körpü rolunu bəyan edib.

“Az TV” telekanalının “Əsas Məsələ” verilişinin qonaqları Əlcəzair görüşündə hazırkı proses və gələcəkdə baş verə biləcək məsələlərlə əlaqədar çıxış ediblər.

Analitik Rasim Musabəyov Azərbaycanın Ərəb Liqasına üzv ölkələrin maliyyə və iqtisadi bazarlarında mövcudluğu barədə deyir: “Azərbaycan Respublikası Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır və onun təsiri bu sahə ilə kifayətlənir. Ölkənin ixracatının 90%-ni neft və qaz təşkil edir və digər istehsal olunan malların həcmi Aralıq dənizi, Qırmızı dəniz, Ərəb dənizi və Fars körfəzindəki ərəb ölkələrinin bazarlarına çatmağa kifayət etmir. Həmçinin ərəb ölkələri arasında Azərbaycanın ən böyük ticarət tərəfdaşı Misirdir və bu əlaqələr bir neçə on milyon dollardan çox deyil”.

O, Ərəb Liqası ölkələri ilə Azərbaycan arasında iqtisadi oxşarlığı ifadə etməklə davam edir: “Zəngin ərəb ölkələri əsasən neft və qaz ixrac edir, Azərbaycan da eyni məhsulları ixrac edir ki, bu da onların bir-birinə ixracını lüzumsuz edir. Biz Türkiyənin siyasi dəstəyi və türk şirkətləri ilə birlikdə Aralıq dənizinin ətrafındakı ərəb ölkələrinin bazarlarına çıxa bilərik”.

Musabəyov Ərəb Liqası ilə Azərbaycan arasında ümumi fikri ifadə edərək bildirir: “Azərbaycan Ərəb Liqasının müşahidəçi üzvü olan Türkiyənin köməyi ilə bu görüşə dəvət oluna bildi. Türkiyənin Ərəb Liqasında tarixi rolu var, digər tərəfdən də Azərbaycanla isti münasibətləri var. Bu əlaqəni siyasi və təhlükəsizlik məsələləri çərçivəsində izləmək olar. Ərəb Liqası ölkələri İranın Suriya, Yəmən və İraqda iştirakına görə həssasdırlar. Həmçinin İranla Azərbaycan arasında son vaxtlar yaranmış mübahisə Ərəb Liqasını da maraqlandırır“.

İlham Əliyev Əlcəzairdə Ərəb Liqasının 31-ci iclasında

O, Ərəb Liqasının dövri rəhbəri olan Əlcəzairlə Azərbaycan arasında ortaq gərginliyə işarə edərək bildirib: “Fransa Əlcəzairin bir milyon beş yüz min əhalisini qətlə yetirib. Həmçinin, bu ölkə Azərbaycan xalqının ermənilər tərəfindən öldürülməsinə, Qarabağın Ermənistan tərəfindən işğalına dəstək verib”.

Ərəb Liqası ilə Azərbaycan arasında möhkəm münasibətlərin qurulmasına şübhə ilə yanaşan Rasim Musabəyov hesab edir: “Ərəb ölkələri təkbaşına və ya Ərəb Liqası şəklində siyasi və hərbi əlaqələrdə çox güclü hərəkət etmir və bir-birini dəstəkləmir. Biz həmrəy olan ittifaqla üzləşmirik və bəzi ərəb ölkələri ilə yaxşı münasibət qura bilərik”.

Bu proqramın digər analitiki Samir Heydərov öz təhlilində ölkəsinin ərəb-İsrail münasibətlərinin normallaşması üçün vasitəçilik roluna toxunaraq deyir: “Azərbaycan Fars körfəzinin ətrafındakı ərəb ölkələri ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasında rol oynayıb”.

İslam Dünyası Xəbərlərinin təhlilinə görə, Azərbaycan prezidenti İlham Əliyev bu səfərdən əliboş qayıtmayıb. O, bir neçə ərəb ölkəsi və Türkiyəni müşayiət edərək 22 ölkə arasında bu birlikdə öz yerini tuta bilib. Bu verlişin təhlillərinə nəzər salsaq, Ərəb İttifaqının bəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir, Mərakeş, Əlcəzair və bir sıra başqa ölkələr Qafqazın siyasi və təhlükəsizlik oyununa girə bilər. Bu, həmin siyasətdir ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev dövründə birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu ölkəni iki qüdrətli qonşu dövlət olan Rusiya və İrandan qoruya bildi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir