Fransa prezidenti Netanyahunu Parisə dəvət edib

Çərşənbə 9 Noyabr 2022 - 23:14
https://az.iswnews.com/?p=15246

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fransa prezidenti Benyamin Netanyahunu Knesset seçkilərində qələbəsi münasibətilə təbrik edib və ikitərəfli məsələləri və İranı müzakirə etmək üçün onu Parisə dəvət edib.

Noyabrın 6-da Fransa prezidenti Emmanuel Makron İsrail rejiminin Likud partiyasının rəhbəri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Makron bu zəngdə Netanyahunu İsrail Knesset seçkilərində qələbəsi münasibətilə təbrik edib və onu Parisə səfərə dəvət edib.

Netanyahunun Fransa prezidentinin dəvətini qəbul etdiyi və tərəflərin yaxın vaxtlarda Yelisey sarayında ikitərəfli əlaqələri və İran başda olmaqla regional məsələləri müzakirə edəcəyi bildirilir.

Bu telefon danışığı ilə bağlı Netanyahu, “Səmimi söhbətə və ikitərəfli münasibətləri gücləndirmək və regional məsələlər, xüsusilə də İrana dair intensiv məsləhətləşmələr aparmaq məqsədi ilə məni Fransaya səfərə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm” deyib.

Qeyd edək ki, sionist rejimin seçki nəticələrinin açıqlanmasından sonra Netanyahu və onun sağçı ifratçı müttəfiqlərinin 64, bu rejimin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi müxalifət koalisiyasının isə İsrail parlamentindəki 120 yerdən 51 mandat qazandığı məlum olub. Netanyahunun başçılıq etdiyi Likud partiyası 32 yerlə Knessetdə ən böyük partiya olacaq.

Daha çox oxuyun: İsrail rejiminin seçki nəticələri açıqlandı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir