Şəbab Əl-Mücahidin terrorçularının Somali hökumət qüvvələrinə hücumları artıb

Çərşənbə 9 Noyabr 2022 - 22:48
https://az.iswnews.com/?p=15242

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Somalinin “Şəbab Əl Mücahidin” terror qruplaşmasının əməliyyatçıları son günlər Somali hökumətinin qüvvələrinə qarşı müxtəlif əməliyyatlar həyata keçirib.

Şəbab Əl-Mücahidin mənbələrinin məlumatına görə, bu qruplaşmanın ünsürləri Moqadişonun (Somalinin paytaxtı) Harva bölgəsində və Banader, Cuba və Cozo əyalətlərinin mühüm yerləri, o cümlədən, Bardiri şəhərində və Broli kəndində Somali hökumət qüvvələri və keniyalı qüvvələrinin iki bazası və bir hərbi forpostunu məhv ediblər. Onlar bu əməliyyatda raket hücumlarından istifadə ediblər, sonra isə silahlı hücumlara keçiblər. Bu hücumlar zamanı Somali və Keniya qüvvələri canlı qüvvə itkisi veriblər və onlara maddi ziyan dəyib.

Həmçinin, Şəbab Əl-Mücahidin ünsürləri cümə günü, noyabrın 4-də Somalinin cənubunda yerləşən “Vilayətu Şəbili Vusta” bölgəsində yerləşən Təvfiq kəndindəki (Əli Cədud məscidləri) Somali xüsusi təyinatlılarının hərbi bazasını (türk müşavirləri tərəfindən təlim keçmiş) hədəfə alıblar. İlkin statistikaya görə, 23 nəfər həlak olub, 19 nəfər yaralanıb. Bu əməliyyatda çoxlu sayda BMP və hərbi maşın və digər hərbi sursat məhv edilib.

Qeyd edək ki, Şəbab Əl-Mücahidin terrorçuları cümə axşamı günü 3 noyabr tarixində Somalinin mərkəzində, Hiran əyalətinin Tardu kəndinin kənarında amerikalı zabitlər tərəfindən təlim keçmiş xüsusi təyinatlılarla, eləcə də hökumət qüvvələri və polislərlə toqquşmuş, onlardan 36-sını həlak etmiş, 50-sini yaralamışdır. Bu münaqişə birləşmiş qüvvələrin öz bazalarına çəkilməsinə səbəb oldu. Eyni zamanda, Somali ordusu Hiran bölgəsində Somali ordusunun qüvvələri və yerli qüvvələr tərəfindən Şəbab Əl-Mücahidinin 200-ə yaxın üzvünün öldürüldüyünü bildirir.

“Şəbab Əl-Mücahidin” terrorçularına aid xəbər mənbələrinin bildirdiyinə görə, birləşmiş qüvvələrin qaçmasından sonra amerikalılar əraziyə hava hücumu həyata keçirib və nəticədə “Şəbab Əl-Mücahidin”in 8 üzvü ölüb.

Şəbab Əl-Mücahidin terrorçuları həmçinin Somalinin cənubunda Moqadişo şəhərinin “Kahda” məhəlləsində və “Banader” və “Cuba” əyalətlərinin mühüm yerləri, o cümlədən, “Kismayo” şəhərində iki hərbi bazaya hücum edib, nəticədə bir hökumət qüvvəsi ölüb, iki nəfər yaralanıb.

Şabab Əl-Mücahidin mənbələrinə görə, Moqadişo icra hakiminin müavini “Əli Yiri Əli” cümə axşamı, noyabrın 3-də baş verən partlayışdan sağ çıxıb. Bu xəbərə görə, Şəbab Əl-Mücahidinə bağlı bir təhlükəsizlik manqası “Əli Yiri Əli”ni daşıyan karvana bomba ilə hücum edib, nəticədə Moqadişo icra hakiminin müavininin şəxsi mühafizəçilərindən 5 nəfər ölüb, 3 nəfər yaralanıb və maşınlardan biri məhv edilib. Qeyd edək ki, bu əməliyyat Moqadişoda yerləşən “Dinili” ərazisində həyata keçirilib.

Şəbab Əl-Mücahidin terror qruplaşmasının Somali əsgərlərinə etdiyi hücumla bağlı açıqlaması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir