Suriyada baş verən son hadisələr, 8 Noyabr 2022

Çərşənbə axşamı 8 Noyabr 2022 - 23:44
https://az.iswnews.com/?p=15171

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Həsəkə vilayətində yerləşən Qamışlı şəhərinə dron hücumu nəticəsində “Hefal Seidu” adlı kürd silahlısı cəbhə komandirlərindən biri və digər ikisi həlak olub.

1- Hələb:

– Noyabrın 7-də Eyn Əl-Ərəb şəhərinin ətraflarında Rusiya və Türkiyə arasında birgə hərbi patrul xidməti keçirilib.

– Noyabrın 7-də Hələb vilayətində yerləşən Təll-Rəfət ətrafında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçu qüvvələrin artilleriya hücumuna məruz qalıb.

2- İdlib:

– Noyabrın 7-də Heyət Təhrir Əş-Şam terrorçuları Suriya ordusunun İdlib əyalətində yerləşən Səraqib cəbhəsindəki mövqelərinə raket hücumunun videosunu yayıblar. Bu hücum noyabrın 6-da “Katyuşa” raketləri ilə həyata keçirilib.

– Noyabrın 7-də Suriya ordusu Mara Ən-Nəsandakı terrorçuların mövqelərini artilleriya hücumu ilə hədəfə alıb.

– Noyabrın 6-da İdlibin cənubunda yerləşən Eriha, Marzaf Şənnan, Bənin və Maarbalit bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.

– Noyabrın 6-da İdlibin şərqində yerləşən Sirmin bölgəsində terrorçu qüvvələrin mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.

3- Dəraa:

– Noyabrın 5-də Dəraa Əl-Əlbələd məhəlləsində partlayıcı maddələrin və döyüş materiallarının qalıqlarının partlaması nəticəsində suriyalı uşaq şəhid olub.

– Noyabrın 5-də Tefs şəhərində terrorçu qüvvələrin keçmiş üzvlərindən biri və İŞİD-lə əlaqəsi olan şübhəlilərdən şəxs naməlum silahlı ünsürlər tərəfindən qətlə yetirilib.

– Noyabrın 6-da Suriya ordusunun qüvvələrindən biri Dəraa vilayətinin Novi şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

– Noyabrın 6-da Suriya ordusunun qüvvələrindən biri Ənxəl şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
Noyabrın 6-da Suriya ordusunun logistik karvanı Deyr əz-Zor hava limanına daxil olub.

5- Raqqa:

– Noyabrın 6-da Türkiyə Kəşfiyyat Xidməti Eyn İsa bölgəsində “Qeys Berho Suleif” adlı kürd silahlı komandirlərindən birinin öldüyünü açıqladı.

– Noyabrın 7-də Sefyan neft yatağı yaxınlığında Suriya ordusuna məxsus avtomobilin yoluna yerləşdirilmiş bombanın partlaması nəticəsində Suriya əsgərlərindən biri şəhid olub.

6- Həsəkə:

– Noyabrın 8-də Türkiyə ordusunun Həsəkə vilayətinin Qamışlı şəhərində Əs-Səadə məktəbinin yaxınlığındakı avtomobilə dron ilə hücumu nəticəsində “Hefal Seidu” adlı cəbhə komandiri də daxil olmaqla üç kürd silahlısı öldürülüb.

– Noyabrın 8-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll Təmər ətrafını hədəfə aldılar.

7- Quneytərə:
Noyabrın 7-də Quneytərə vilayətində Suriya ordusuna məxsus avtomobilin yolunda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 3 Suriya əsgəri yaralanıb.

8- Noyabrın 8-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 5 dəfə pozublar, onlardan 4-ü İdlib vilayəti, 1-i isə Latakiya vilayəti ilə bağlı olub.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir