“Qara Qitə”-də İŞİD! Tapdalanmış milli kimlik və sərhəd qüsurlarından sui-istifadə

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Çərşənbə 9 Noyabr 2022 - 00:23
https://az.iswnews.com/?p=15160

İŞİD-in nəzarəti altında olmuş ərazilərdə, xüsusilə də İraq və Suriyada məruz qaldığı ağır məğlubiyyətlərdən sonra, öz təsir və mövcudluğunu saxlamaq üçün strategiyasının bir hissəsini yeni ərazilərlə dəyişdirilməsinə yönəltdi. Bu arada, misal üçün, Filippinin cənubu və Misirin Sina yarımadasında öz əvvəlki fəaliyyətini bərpa etmək istədi, lakin İŞİD bu ərazilərdə keçmişdəki və nisbi gücünü artıra və əvvəlki kimi mediaların mövzularına çevrilə bilmədi. İŞİD-in yeni təsir və mövcudluq sahələrini artırmaq üçün, əsasən çevriliş nəticəsində yaranan zəif siyasi mühit, mürəkkəb və yarılmış milli kimlik səhnəsi olan qara Afrika qitəsi, ən yaxşı yer idi.

Nigeriyanın Borno vilayətində ən güclü fəallıq

Nigeriyada İŞİD-in varlığı artıq “Borno” bölgəsində və Çad gölü bölgəsində, konkret olaraq “Sambisa” meşəsində “Vilayətu Qərbi Efriqiya” adı altında qeydə alınmışdı.

Əslində, Nigeriyanın şimal-şərq bölgələrində və Sambisa meşəsində yerləşən Boko Haram kimi tanınan “Əhli Sunnə Li Ddəəvəti Və Əl-Qital” qruplaşmasının lideri Əbu Bəkr Şekao 2015-ci il martın 7-də İŞİD gücünün zirvəsində olan zaman onun lideri Əbu Bəkr Əl-Bağdadi ilə beyət etdi və İŞİD-in “Vilayətu Qərbi Efriqiya” qolunun liderinə çevrildi, lakin onun “Vilayətu Qərbi Efriqiya” qoluna liderliyi uzun sürmədi və 2016-cı illərdə bəzi mübarizələrdən sonra, Əbu Bəkr Şekaonun sözçüsü, yəni Əbu Musab Əl-Bornavi Əbu Bəkr Əl-Bağdadi tərəfindən Əbu Bəkr Şekaonun yerinə “Vilayətu Qərbi Efriqiya” qoluna lider təyin edildi.
Bu məsələ “Ən-Nəbə” həftəlik qəzetinin 28 şəvval 1437-ci il qəməri tarixli 41-ci sayında bu qəzetin Əl-Bornavi ilə etdiyi müsahibədə açıqlandı. Əbu Bəkr Şekao İŞİD-dən ayrıldıqdan sonra əvvəlki təşkilatı olan “Əhli Sunnə Li Ddəəvəti Və Əl-Qital” adını yenidən gündəmə gətirdi və bölgədə İŞİD-ə rəqib olaraq qaldı, lakin sonda İŞİD onu ələ keçirdi. “Ən-Nəbə” həftəlik qəzetinin 1442-ci qəməri ilin 21 Zil-Qədə tarixində yayımlanan 293-cü sayında İŞİD-in söylədiyinə görə, Əbu Bəkr Şekao 7 Şəvval 1442-ci qəməri ilində kamikadze kəməri vasitəsi ilə intihar etdi.

“Vilayətu Qərbi Efriqiya” əmiri kimi Əbu Musab Əl-Bornavi ilə Ən-Nəbə həftəlik qəzetinin müsahibəsi

Əbu Bəkr Şekaonun ölümündən sonra onun təşkilatının bir çox üzvü yenidən İŞİD-ə qoşuldu və İŞİD bu illərdə Nigeriyanın Borno bölgəsində İŞİD-in ən güclü qolunu yarada bildi. Əslində, “Vilayətu Qərbi Efriqiya” nisbi uyğunluq və quruluşa nail ola bildi ki, İŞİD-in bu qolu öz təsisatlarının və məhkəmələrinin bəzilərini, məsələn, Əl-Zəkə Məhkəməsi, Əl-Həsəbə Məhkəməsi, Əd-Dəvəə Vəl Məsacid kimi məhkəmələri öz nəzarətində olan bölgələrdə yarada bildi.

Borno bölgəsinin Çad gölü və Nigeriya, Niger, Çad və Kamerun ölkələri ilə əlaqədar yeri

Əhəmiyyətli olan odur ki, Borno bölgəsindəki İŞİD sərhədlərə yaxın olma səbəbindən baş verən milli kimlik boşluqlarından, ölkənin mərkəzi üçün problemləri aktivləşdirmək məqsədi üçün istifadə edir. İŞİD Nigeriyanın şimal-şərqindəki Borno bölgəsindən başqa, bəzən Çad gölü ətrafında olan, Kamerun və Niger və Çad ölkələrinin bəzi bölgələrinə hücum edir.

Qeyd edək ki, İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi öldükdən sonra, bu qruplaşmaya Əbu İbrahim Əl-Haşimi başçılıq etdi. Onun ölümündən bir ay sonra “Vilayətu Qərbi Efriqiya” qolu ilə “Vilayətu Sahil” kimi tanınan qol birləşdirilmişdir. “Vilayətu Sahil” qolu Mali və Burkina Faso ölkələrinin bəzi sahilyanı məntəqələrini, həmçinin digər məntəqələri əhatə edən bir İŞİD qoludur. Əl-Haşimidən sonra 2022-ci il martın 10-da İŞİD-in sözçüsü olan Əbu Ömər Əl-Mühacir çıxış edərək, İŞİD-in yeni xəlifəsi kimi Əbu Əl-Həsən Əl-Haşimini təqdim etdi. İŞİD-in təzə xəlifəsi ictimailəşəndən sonra “Vilayətu Sahil” qolu “Vilayətu Qərbi Efriqiya” qolundan ayrıldı. “Vilayətu Sahil” qolu İŞİD-in mühüm qollarından biridir, həmçinin onun haqda gərək başqa məqalədə danışılsın.

Mozambikdə “Kabo Delqado”; Yeni mövqe

İŞİD-in Qara Qitədə terror fəaliyyətinə həssas ərazilər tapmaq strategiyası Nigeriyadakı “Borno” ilə bitmədi. Bu terror qruplaşması yenə də sərhəd bölgələrindəki milli kimlik boşluğunu və bu dəfə xristian ölkələrində müsəlman-xristian qarşıdurmasını aktivləşdirərək, əsasən qonşuları müsəlman ölkələri olan xristian ölkələrində yaşayan müsəlman azlıqlar arasından özünə qüvvə toplamağa çalışdı.

Nadir hallarda olur ki, İŞİD sıfırdan işə başlasın, İŞİD-in bu məsələdə strategiyası başqalarının bəhrəsini dərməkdir, bunu Nigeriya və Boko Haramın timsalında gördüyümüz kimi, İŞİD özünə artıq mövcud olan və formalaşmış bir qrupu qoşur. Onun əvvəlki rəhbərini aradan götürməklə tədricən bu qruplaşmanın ünsürlərinin özü ilə münasibətlərini gücləndirir.

Bu səbəbdən İŞİD Mozambikin şimal-şərqində və Tanzaniya sərhədində yerləşən Kabo Delqado bölgəsindəki Somalinin “Şəbabul Mucahidin” qruplaşmasına yaxın cərəyanların qalıqlarından istifadə edə bildi. Xristian-müsəlman ixtilafları qabartmaq strategiyasının nəticəsi kimi İŞİD-in bu ərazilərdə “Vilayətu Muzambiq” adlı qolunu yarada bilməsini görə bilərik. İŞİD-in Kabo Delqadoda əsas fəaliyyəti xristian kəndlərinə hücum etmək və xristianların evlərini yandırmaq və onları öldürməkdir. Son zamanlar qurbanın başının kəsilməsi və başsız bədəninin şəklinin çəkilməsinin vurğulanması İŞİD-in gündəminə gətirilib. Qeyd edək ki, 2021-ci ilin mart-aprel aylarında “Palma” şəhərinə hücum İŞİD-in Kabo Delqado bölgəsində həyata keçirdiyi ən mühüm əməliyyatlardan biri olub və bu, Total neft şirkətinin həmin bölgədəki neft hasilatı obyektlərinin bağlanmasına səbəb olmuşdur.

Onu da qeyd edək ki, İŞİD-in Mozambikin şimal-şərqindəki Kabo Delqadoda “Vilayətu Vəsəti Efriqiya” timsalında “Əbu Əl-Həsən Əl-Haşimi”nin xilafətinin elan edilməsinə qədərki fəaliyyəti İŞİD-in Konqodakı fəaliyyəti ilə eyni hesab edilirdi. Ama Əbu Əl-Həsən Əl-Haşimi xilafətinin elan edilməsindən sonra İŞİD-in regional bölmələrində dəyişikliklərin şahidi oluruq ki, bunlardan biri də “Vilayətu Muzambiq” qolunun İŞİD-in oradakı fəaliyyətlərinin artması səbəbiylə yaradılması idi.

Konqoda “Beni” bölgəsi və rabitə yollarının aradan getməsi

İŞİD-in möhkəmlənə bildiyi digər ərazi isə Konqo Demokratik Respublikasının şimal-şərqində, Uqanda sərhədinə bitişik “Beni” və müəyyən qədər də “İturi” bölgəsidir.

Bu bölgədə İŞİD terror qruplaşması Müttəfiq Demokratik Qüvvələrini də özü ilə bir edə bildi və 2019-cu ilin aprelində ilk dəfə olaraq Konqo Demokratik Respublikasının şimal-şərq məntəqəsində yerləşən Beni bölgəsində “Vilayətu Qərbi Efriqiya” qolunun əməliyyatı barədə xəbər yayımlaya bildi.

İŞİD-in bu bölgədəki əməliyyatlarının forması Kabo Delqadoda olduğu əməliyyatlarına çox bənzəyir; O cümlədən, Xristian kəndlərinə hücum edib xristianları öldürmək, son günlərdə və aylarda qurbanların başlarını kəsərək şəkillərini İŞİD mediasına göndərmək kimi.

Beni və İturidə İŞİD-in maraq dairəsinin başqa bir əməliyyat xətti Beni və Kasindi və Beni və İturi kimi müxtəlif bölgələr arasındakı nəqliyyat marşrutlarında qida və müxtəlif mallar daşıyan maşınlara hücum etməkdir.

Qeyd etmək lazımdır ki, Kabo Delqado, Beni və İturidəki İŞİD ünsürləri daha az kamikadze əməliyyatlarından istifadə edir. Həmçinin müxtəlif növ bombalardan, o cümlədən yol bombalarından və bu kimi şeylərdən daha az istifadə edir və əməliyyatlarının əksəriyyəti yaşayış mərkəzlərinə, yaxud hərbi mərkəzlərə birbaşa hücumlar və ya rabitə yollarında pusqu qurmaqdır.

Efiopiyada müsəlman azlıqları qızışdırmaq

İŞİD-in Qara Qitədə ideoloji strategiyası kimi milli kimlik boşluqlarından, xüsusən də müsəlman azlıqları xristianlara qarşı qızışdırmaq fikrini subut edən sənədlərdən biri də 1444-cü qəməri ilinin Məhərrəm ayında İŞİD-in “Vilayətu Sumal” qolunun yayımladığı 25 dəqiqəlik videodur. Bu video ilk dəfə Amhar dilində – Efiopiya xalqının rəsmi dili – ərəb dilində altyazı ilə yayımlandı. Bu video daha əvvəl “Vilayətu Sumal” qolu tərəfindən nəşr olunan filmlərdən çox fərqli idi. Həmişə olduğu kimi Somali hökuməti və ya Şəbabul-Mücahidin məsələsini müzakirə etmək əvəzinə, tamamilə İŞİD-ə cəlb olunan və Efiopiya sərhədlərindən Somaliyə səfər edən Efiopiya müsəlmanlarına yönəlmişdi. Bu videodakı insanlar Efiopiyada İslam tarixinə toxundular və Efiopiya müsəlmanlarının əksəriyyəti xristian olan ölkədə azlıq olaraq Efiopiya hökumətinə qarşı cihad etmələrini istədilər.

Son söz

Sonda onu da qeyd edək ki, İŞİD bölgələrdə dövlətlər və millətlər üçün problemlər yaratmaq məqsədi ilə seçdiyi milli kimlik boşluqları və sərhəd münaqişələri strategiyasını özünü aradan getməmiş kimi göstərmək üçün icra etməkdədir. Hazırda növbə Qara Qitədədir. İŞİD-in Nigeriyanın Borno məntəqəsindəki fəaliyyətləri də bunu əks etdirir. Orada xristian-müsəlman ixtilaflarını qabardaraq, xristianların kilsələrinə və evlərinə hücum etməklə, o, özünə legitimlik qazanmaq istəyir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam