Aralıq dənizində fransız hərbçiləri tərəfindən rus qırıcılarının müşahidəsi + Şəkillər

Bazar ertəsi, 21 Fevral 2022 - 13:55
https://az.iswnews.com/?p=1515

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Fransa ordusu Aralıq dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrinin müşahidə edildiyini açıqlayıb.

Fransa hərbçiləri tərəfindən yayılan görüntülərdə iki Su-35 və Su-30 qırıcılarının müşayiəti ilə Tu-22M3 bombardmançı təyyarəsi əks olunub.
Bu görüntülər 19 fevral Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisində olan qüvvələr tərəfindən çəkilib. Bu gəmi NATO-nun təyyarədaşıyan gəmilərindən biridir və eyni zamanda Harry S. Truman və Count de Cover təyyarədaşıyıcıları ilə birlikdə Şərqi Aralıq dənizindədirlər.

Rusiya Aralıq dənizində hərbi dəniz təlimində iştirak etmək üçün Suriyadakı Hamimim aviabazasına bir sıra Tupolev Tu-22M3 strateji bombardmançı təyyarələri və səsdən sürətli Kinjal raketlərlə təchiz edilmiş MiQ-31 qırıcı təyyarələrini yerləşdirib. Fevralın 19-da Rusiyanın MiQ-31 qırıcısı Aralıq dənizi üzərində bir Kinjal raketi atıb.

Səsdən sürətli “Kinjal” raketi Rusiyanın strateji silahlarından biridir və 2018-ci ilin martında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim edilib. Bu raket nüvə başlığı daşımağa qadirdir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki təlimi Ukrayna böhranı ilə bağlı Moskva ilə NATO arasındakı gərginlik fonunda baş tutub.

Rusiyaya məxsus MiQ-31 qırıcısının Kinjal raketini daşıyan videosu
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.