Şahçerağ əməliyyatının əsas kordinatoru Azərbaycan Respublikası vətəndaşı olub

Bazar ertəsi 7 Noyabr 2022 - 21:32
https://az.iswnews.com/?p=15123

“İslam Dünyası Xəbərləri” İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Milli Təhlükəsizlik Nazirliyi məlumat yayaraq Şahçerağ əməliyyatının əsas kordinatorunun Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirib.

İranın Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb:

İranda 26 əcnəbi təkfirçi terrorçu həbs olunub / Şahçerağ əməliyyatının əsas kordinatoru Azərbaycan Respublikası vətəndaşı olub


İRNA xəbər agentliyi bildirir ki, İranın Milli Təhlükəsizlik Nazirliyi, Şahçerağ terror hadisəsi ilə bağlı nazirliyin verdiyi ikinci açıqlamada, indiyədək 26 əcnəbi təkfirçi terrorçunun həbs edildiyini açıqlayıb və İranda əməliyyatların istiqamətləndiricisi və əsas kordinatorunun Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirib.

İRNA-nın bu gün verdiyi xəbərə əsasən, İranın Milli Təhlükəsizlik Nazirliyindən, Həzrət Əhməd bin Musanın (əleyhissalam) hərəmində baş verən terror hadisəsində bir sıra əməliyyatçılar və dəstəkçilərin həbsi ilə bağlı oktyabrın 31-də verdiyi açıqlamadan sonra, indi əldə edilən məlumatların daha bir hissəsi İranın möhtərəm xalqının nəzərinə çatdırılır:

1- Oktyabrın 26-da baş verən terror hadisəsindən dərhal sonra, Dövlət Təhlükəsizlik Xidmətinin başlatdığı əməliyyatlar fasiləsiz olaraq davam edib. Aparılan kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik və texniki əməliyyatlar davam edir və bu nazirliyin ən mürəkkəb və genişmiqyaslı antiterror əməliyyatlarından birinə çevrilib.

2- İndiyədək aparılmış silsilə müşahidələr, araşdırmalar və əməliyyatlar, terror aktını yönləndirən, icra edən və dəstəkləyən bütün ünsürlərin müəyyən edilərək həbs edilməsinə səbəb olub. Bundan əlavə, oxşar əməliyyatlar üçün İrana daxil olan bir sıra digər agentlər də saxlanılıb. Bu yolla indiyədək 26 əcnəbi təkfirçi terrorçu həbs edilib.

3- Həbs olunanların hamısı Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstan vətəndaşları olan əcnəbi şəxslərdir.

4- İranda əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas təşəbbüskarı Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportundan uçan və İmam Xomeyni adına hava limanının hava sərhədindən İrana daxil olan Azərbaycan Respublikasının vətəndaşı olub. Bu şəxs Tehrana gəldikdən sonra, Azərbaycan Respublikasındakı əlaqələndirici şəxsə, İrana çatdığını bildirib. Azərbaycan Respublikasındakı terrorçu kordinator, İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahının vasitəsilə, dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və əsas icraçının artıq Tehranda olması barədə onlara məlumat verib.

5- Şirazdakı əməliyyatın maddi və texniki köməkçisi olan Əfqanıstan vətəndaşı “Əbu Bəsir” ləqəbli “Məhəmməd Ramiz Rəşidi” və müqəddəs ziyarətgahda terror aktının icraçısı Tacikistan vətəndaşı olan “Əbu Aişə” ləqəbli “Sübhan Komruni” dir.

6- Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan Rəzəvi əyalətlərində təqib edilərək həbs ediliblər. Həmçinin, onlardan bəziləri İranın şərq sərhədləri vasitəsilə ölkədən qaçarkən saxlanılıb.

7- Adı çəkilən terrorçulardan bəziləri Zahidan əyaləti də da daxil olmaqla, digər məntəqələrdə terror əməliyyatları üçün lazımi tədbirləri hazırlayır və təmin edirdilər. Yəni, Həzrət Əhməd bin Musanın (əleyhissalam) hərəmi şəhidlərinin günahsız və nahaq yerə tökülən pak qanları, təkfirçi cinayətkarların niyyət və məqsədlərinin üzə çıxmasına səbəb oldu və bir neçə başqa terror əməliyyatının qarşısını aldı.

8- Şahçerağ ziyarətgahı faciəsində əli olan ən son təkfirçi terrorçunun İranda və ya xaricdə olmasından asılı olmayaraq müəyyən edilib cəzalandırılması üçün hərtərəfli kəşfiyyat, texniki monitorinq və araşdırmalar davam etdirilir.

Sonda iki məqamı qeyd edirik:
1- Elan olunduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin qüvvələri bu həssas missiyada qeyd olunan təhqiqat və əməliyyatların bütün mərhələlərində xalqın tam əməkdaşlığından istifadə ediblər.
2- Saxlanılan şəxslərdən alınmış ifadələrdən əldə edilən nəticələr göstərir ki, təkfirçilər iğtişaşların baş verməsindən və ölkə ərazisində yaranmış qeyri sabit vəziyyətdən sui-istifadə ediblər. Bir neçə terrorçunun ayrı-ayrılıqda etirafları göstərir ki, ölkədə baş verən iğtişaşlardan sonra təkfirçi ünsürlər İranın müxtəlif bölgələrində terror əməliyyatları həyata keçirməyi planlaşdırıb.

Daha çox oxuyun:
İŞİD Həzrət Şahçerağ (ə) hərəminə hücum edən terrorçunun görüntülərini yayımlayıb + VIDEO
Şirazda Şahçerağ (ə) ziyarətgahına olan terror hücumunun təfərruatları + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir