Azərbaycan vətəndaşları Ermənistana niyə gedirlər?

Bazar ertəsi 21 Fevral 2022 - 12:41
https://az.iswnews.com/?p=1511

Daha acınacaqlısı da budur ki, bəzi ekspertlərin nəzərinə görə son zamanlar Ermənistandan sığınacaq almaq istəyən azərbaycanlıların artımını nəzərə alsaq, dünənə qədər düşmən bildikləri bir ölkədə azərbaycanlıların diasporaya sabih olmaq ehtimalı yaranıb.

Bu barədə Meydan TV digər KİV-ə istinadən ayrı-ayrı xəbərlərdə məlumat yayıb. Bu sayt Ermənistanda vətəndaşlıq və sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşları ilə bağlı məsələni də işıqlandırıb. Hələlik hökumət rəsmiləri məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər. Məlumatda bildirilir ki, son 10 ildə Ermənistanda Azərbaycan vətəndaşlarının adına 6 mülk qeydiyyatdan keçib. Armenpress-in məlumatına görə, 2021-ci ildə Azərbaycan və Türkiyə vətəndaşlarının 260-ı Ermənistandan vətəndaşlıq almaq üçün müraciət ediblər. Onlardan 69-u nəfərin fəaliyyəti dayandırılıb və ya rədd edilib, 67 nəfərə imtina edilib, 78 nəfərə qaçqın statusu verilib, 10 nəfərdən isə bu status çıxarılıb. Bu xəbərdə diqqət çəkən məqam adlarını siyasi qaçqınlar siyahısına yazdırmış 3-ü Türkiyə və 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 vətəndaşın müraciətinə rədd cavabı verilməsidir. Ermənistan hökuməti hələlik bu barədə məlumat verməyib.

Qeyd edək ki, 10 minlərlə Azərbaycan vətəndaşı ikinci Türkiyə vətəndaşlığı ilə yaşayır. Lakin Azərbaycanın dövlət mediası bu tip xəbərlər qarşısında Ermənistanda baş verən iğtişaşları işıqlandırmağa davam edir. Bir neçə gün öncə İTV dövlət televiziyası 10 minlərlə Qarabağ ermənisinin İrəvandakı Respublika meydanına toplaşaraq müqəddəratlarının məlum olmamasına və aldıqları təqaüdün aşağı olmasına etiraz ediblər.
Qeyd edək ki, Dağlıq Qarabağın erməni əhalisinin sayı 120 mindən çox olduğu bildirilir. Dağlıq Qarabağdakı erməni mülki əhalinin böyük hissəsi 44 günlük müharibədən sonra məcburi köçkünə çevrilərək Ermənistana köçüb. Onların çoxu öz evlərinə qayıdıb, onların sayı təxminən 90 000 nəfərdir. Lakin bölgədə yaşayan 30 minə yaxın erməni geri qayıtmaq istəmir.
Rəsmi dövlət statistikasına görə Azərbaycan əhalisi 10 milyon nəfərdən çoxdur. Bundan 4 milyonu xaricdə yaşayır, lakin qeyri-rəsmi mənbələr bu rəqəmin 5 milyon olduğunu bildirir. Təkcə 3 milyona yaxın Azərbaycan vətəndaşı Rusiya Federasiyasında, qalanı isə Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Türkiyə, Qərbi Avropa, İran, ABŞ və.s ölkələrdə yaşayır. Neft satışının 155 milyard olduğu 10 milyonluq bir xalqın haradasa yarısının ölkədən hicrət etməsi böyük bir faciədir.
Daha acınacaqlısı da budur ki, bəzi ekspertlərin nəzərinə görə son zamanlar Ermənistandan sığınacaq almaq istəyən azərbaycanlıların artımını nəzərə alsaq, dünənə qədər düşmən bildikləri bir ölkədə azərbaycanlıların diasporaya sabih olmaq ehtimalı yaranıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir