Tacikistan İslam Hərəkatı Partiyası Ukraynaya dəstəyini açıqlayıb

Bazar 6 Noyabr 2022 - 23:03
https://az.iswnews.com/?p=15106

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistan İslam Hərəkatı Partiyasının lideri Mohiuddin Kəbiri Polşada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının toplantısı zamanı Rusiyaya qarşı Ukraynanı dəstəklədiyini açıqlayıb.

Noyabrın 5-də “Mohiuddin Kəbiri” Tacikistan İslam Hərəkatı Partiyasının lideri Polşanın paytaxtı Varşava şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib və Rusiyanın bu partiyaya qarşı siyasətini tənqid edərək, Ukrayna hökumətini dəstəklədiyini açıqladı.

Rusiya müxaliflərinin bir növ görüşü kimi qiymətləndirilən bu görüşdə, Kəbiri dedi: “Rusiya taciklər arasında Moskvada imzalanmış sülh müqaviləsinin zamini idi, lakin Tacikistan diktatoru bu razılaşmanı pozanda, İslam Hərəkatı Partiyasının fəaliyyətini qadağan edəndə və liderlərini ömürlük həbsə məhkum edən zaman Rusiya heç nə etmədi! Bundan əlavə, bu ilin sentyabrında Rusiya bizim partiyanı terror təşkilatları siyahısına əlavə edib ki, bu da sağlam düşüncəyə və onun əvvəlki etdiklərinə ziddir”.
O, daha sonra əlavə etdi: “Biz keçmiş sovet ölkələrinin nümayəndələri öz seçimimizi etdik, biz Ukraynaya kömək etmək, Rusiyanı azad ölkə etmək, xalqımıza müstəqillik uğrunda mübarizə aparmağa və bu mübarizədə qalib gəlməyə kömək etmək istəyirik”.

Tacikistanın bu görüşdəki hökumət nümayəndələri Mohiuddin Kəbiri-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclasındakı çıxışına cavab olaraq iclası tərk ediblər. Həmçinin Tacikistan hökuməti müxalifləri toplantının qərargahı qarşısında etiraz aksiyası keçiriblər. İclasda olan digər Tacikistan nümayəndələri Human Rights Watch insan və siyasi məhbusların haqlarını qoruyan təşkilatın bu şəhərdə illik toplantısında da iştirak etməyəcəklərini bildirdilər.

Qeyd edək ki, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı” (ATƏT) ən böyük hökumətlərarası təhlükəsizlik təşkilatıdır və 57 üzvü var. Həmçinin ATƏT hər il bu təşkilata üzv ölkələrdə insan haqlarının vəziyyətini və siyasi məhbusların vəziyyətini nəzərdən keçirmək üçün Avropa şəhərlərinin birində toplantı keçirir.

Rusiyanın Tacikistandakı hadisələrlə bağlı son qərarları prosesinə görə Tacikistan İslam Hərəkatı Partiyası Avropa ilə münasibətləri davam etdirməyə məcburdur və bu vəziyyətdə bu partiya üçün belə qərarların qəbulu qaçılmazdır. Əslində, Rusiyanın bu partiyanı terrorçu adlandırması onları Mərkəzi Asiya hadisələri sahəsində ən az təsirli tərəfə, yəni “Avropa İttifaqı”na aparıb və Tacikistan tənlikləri səhnəsində onların rolunun azalmasına daha bir amil oldu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir