İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 6 Noyabr 2022

Bazar 6 Noyabr 2022 - 00:57
https://az.iswnews.com/?p=15075

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət qüvvələri İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds komandirlərindən birinin şəhid olmasına cavab olaraq Cənindəki İsrail əsgərlərinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Noyabrın 3-də İslami Cihad hərəkatının Cənindəki hərbi qolu olan Sərayəl-Qüds komandirlərindən Faruq Cəmil Həsən Səlamə İsrail rejiminin xüsusi təyinatlıları tərəfindən yaralanıb və xəstəxanaya aparıldıqdan sonra şəhid olmuşdur. Səlamədən başqa “Məhəmməd Xəlif” adlı daha bir fələstinli də İsrail əsgərləri tərəfindən şəhid edilmişdir.

Səlamənin şəhid olmasından bir gün sonra Fələstin müqaviməti sionistlərin bu hərəkətinə cavab olaraq Cənində İsrail hərbçilərinə məxsus Cəlmə nəzarət-buraxılış məntəqəsini atəşə tutub və bir neçə qumbaraatan atıb. Hələlik bu hücum nəticəsində ölən və dəyən ziyanla bağlı heç bir məlumat dərc edilməyib.

Fələstin müqavimətinin əməliyyatları və İsrail rejiminin İordan çayının qərb sahilində silahlı qarşıdurmaların güclənməsindən qorxması İsrail komandirlərinin Livan sərhədində yerləşən altı batalyon əsgərini İordan çayının qərb sahilinə köçürməsinə səbəb olub.

Qeyd edək ki, bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində vəziyyət çox həssasdır və fələstinli döyüşçülər hər vasitə ilə sionistlərin cinayətlərinə cavab verməyə və onlarla qarşılaşmağa çalışırlar. Bu, İsrail rejimi üçün xüsusi şərait yaradıb və İordan çayının qərb sahilinin müxtəlif ərazilərində çoxsaylı təhlükəsizlik əməliyyatlarına və silahlı toqquşmalar prosesini dayandırmaq məqsədi ilə müqavimət komandirlərinin öldürülməsinə baxmayaraq, bu rejim hələ də Fələstin müqavimət qrupları ilə münaqişələrlə mübarizədə böyük problemlərlə üzləşir.

Daha çox oxuyun: Sərayəl-Qüds komandirlərindən biri Cənində şəhid oldu + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir