Suriyada baş verən son hadisələr, 5 Noyabr 2022

Şənbə 5 Noyabr 2022 - 23:26
https://az.iswnews.com/?p=15055

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun qüvvələri Həsəkə əyalətinin Təll-Təmər şəhərinin kənarındakı Umm Əl-Xeyr nəzarət-buraxılış məntəqəsindən Amerika koalisiya karvanının keçməsinin qarşısını alıb.

1- Hələb:
– Oktyabrın 31-də Afrinin kənarında Ceyşul-Vətani terrorçularına aid avtomobilin yolunda yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində bu qrupun cəbhə komandirlərindən biri iki mühafizəçisi ilə birlikdə həlak olub.
– Noyabrın 4-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Rəfət ətrafında kürd silahlılarının mövqelərinə hücum edib.

2- İdlib:
– Noyabrın 3-də İdlibin cənubunda yerləşən Əl-Ruvayha və Bənin bölgələrindəki terrorçular Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Noyabrın 1-də İdlibin cənubunda yerləşən Kadura bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Türkiyə ordusu İdlibin cənub ətrafında Kəfərnubbul-Əl-Barə yolunda hərbi post yaradacaq.

3- Dəraa:
İŞİD qruplaşmasının Dəraa əyalətində terror fəaliyyətləri artdıqdan sonra Suriya ordusunun qüvvələri və yerli silahlı qruplaşmalar bu terror qruplaşmasının ünsürlərinə qarşı təhlükəsizlik əməliyyatına başlayıb. Bu əməliyyat nəticəsində İŞİD-in iki cəbhə komandiri öldürülüb və onların xeyli miqdarda sursatları ələ keçirilib.

Daha çox oxuyun: Dəraada Suriya ordusu ilə İŞİD ünsürləri arasında qarşıdurma baş verib + FOTO

– Noyabrın 4-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Şeyx Səəd bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
Noyabrın 3-də Amerika koalisiya qüvvələri bir neçə helikopterin dəstəyi ilə Ziban bölgəsində patrul xidməti həyata keçirib.

5- Raqqa:
– Oktyabrın 31-də Təbqə hava limanı yaxınlığında Suriya ordusu qüvvələri ilə naməlum silahlı ünsürlər arasında baş verən toqquşma nəticəsində Suriya əsgərlərindən biri şəhid olub.
– Oktyabrın 31-də kürd silahlıları Raqqanın şimalında naməlum səbəblərdən iki mülki şəxsi həbs edib.

6- Həsəkə:
– Noyabrın 5-də Suriya ordusu qüvvələri Amerika koalisiyasının karvanının Təll-Təmər şəhərinin kənarındakı Umm Əl-Xeyr keçid məntəqəsindən keçməsinə mane olub.
– Noyabrın 5-də Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD-in məxfi ünsürlərini həbs etmək və Həsəkə əyalətində yerləşən Əl-Hul düşərgəsinin dördüncü bölməsini yoxlamaq üçün təhlükəsizlik əməliyyatına başlayıb.
– Noyabrın 5-də Amerika koalisiya qüvvələri Həsəkə əyalətinin Təll-Təmər şəhəri ətrafında patrul xidməti həyata keçirib.
– Noyabrın 4-də Qamışlı şəhərində kürd silahlılarının “Dilşir” adlı cəbhə komandirlərindən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Noyabrın 2-də Qamışlı şəhərində partlayıcı qurğunun partlaması nəticəsində kürd silahlılarından biri öldürülüb.
– Oktyabrın 31-də Amerika koalisiya qüvvələri Malikiyyə bölgəsinin kənarında patrul xidməti həyata keçirib.

7- Noyabrın 1-də Türkiyənin Kəşfiyyat Xİdməti Suriyanın şimalında “Ərsin Şahin” adlı kürd silahlısının cəbhə komandirlərindən birinin öldüyünü açıqlayıb.

8- Noyabrın 2-də Suriyanın xarici işlər naziri Feysəl Miqdad Tehranda İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb və ikitərəfli əməkdaşlığın artırılması və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsini müzakirə edib.

Daha çox oxuyun: Tehranda Suriya xarici işlər naziri İran prezidenti ilə görüşüb

9- Noyabrın 5-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 4 dəfə pozublar.

10- Noyabrın 5-də Türkiyənin Müdafiə Nazirliyi Fərat Qalxanı əməliyyatı bölgəsində 4 kürd silahlısının öldürüldüyünü açıqlayıb.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir