Efiopiya hökuməti ilə Tiqray Cəbhəsi sülh müqaviləsi imzaladı

Cümə axşamı 3 Noyabr 2022 - 22:52
https://az.iswnews.com/?p=14998

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Efiopiya hökuməti və Tiqray Azadlıq Cəbhəsi nümayəndələri Nigeriyanın keçmiş prezidenti və Afrika İttifaqının vasitəçiliyi ilə bir həftəlik danışıqlardan sonra sülh razılaşmasına nail olublar.

Tiqray Azadlıq Cəbhəsi ilə Efiopiya ordusu arasında iki il davam edən vətəndaş müharibəsindən sonra hər iki tərəfin nümayəndələri Nigeriyanın keçmiş prezidenti Olusegun Obasanco, eləcə də Afrika İttifaqı nümayəndələrin vasitəçiliyi ilə Cənubi Afrikanın paytaxtı Pretoriyaya humanitar sülhə nail olmaq üçün görüşüblər. Bu görüşlər oktyabrın 25-dən başlamışdır.

Bu razılaşmaya əsasən, münaqişə bölgələrində gərginlik və müharibə dayandırılacaq, beynəlxalq və humanitar təşkilatlara yardım və humanitar yardım göstərmək üçün döyüş bölgələrinə giriş icazəsi veriləcək. Keçmiş Nigeriya prezidenti Obasanco razılaşma haqqında deyib: “Tərəflər sistemli, nizamlı, dinc və koordinasiyalı şəkildə hərbi əməliyyatların dayandırılması və tərksilah barədə razılığa gəliblər”.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, Afrika İttifaqı, Afrika qitəsinin digər ölkələri və digər ölkələr bu razılaşmanı alqışlayıb.

Efiopiyada vətəndaş müharibəsi 2020-ci ilin noyabr ayının əvvəlində Abiy Əhmədin başçılıq etdiyi Efiopiya hökuməti ilə Tiqray Muxtar Bölgəsi arasında fikir ayrılıqlarının artması, on minlərlə insanın ölümünə və iki milyon mülki insanın didərgin düşməsinə səbəb olmuşdur. Tiqraylılar hesab edir ki, Abiy Əhməd hökuməti Tiqray bölgəsində qərar vermə prosesini tamamilə öz üzərinə götürməyə və hakimiyyəti Tiqrayın əlindən almağa çalışır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam