Azərbaycan Ordusunun Cənub bölgəsindəki təlimləri davam edir + FOTO və VİDEO

Cümə axşamı 3 Noyabr 2022 - 21:54
https://az.iswnews.com/?p=14963

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Cənub bölgəsində başlatdığı hərbi təlimlər davam edir və müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə baxış və nəzarət etmək məqsədi ilə təlim bölgələrinə səfər edib.

Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.

Xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi təlimlər aparılıb.

Açıqlamalarda Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yaradılıb.

Qeyd edək ki, dünən 2 noyabr tarixində Azərbaycan Müdafiə Nazirliyi Cənub bölgəsində Xüsusi Hərbi Təyinatlıların təlimlərinin başlaması ilə əlaqədar açıqlama vermişdi.

Daha çox oxuyun: Cənub bölgəsində Azərbaycan Ordusunun təlimləri başlayıb + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir