Azərbaycan işğal olunmuş Fələstində səfirlik açır! + FOTO

Çərşənbə axşamı 1 Noyabr 2022 - 19:04
https://az.iswnews.com/?p=14856

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu barədə “KAN-Hadaşot” kanalı yüksək rütbəli İsrail rəsmilərinə istinadən xəbər verib.

Bu barədə sionist rejimin Dövlət Radio və Televiziyası “KAN-Hadaşot” məlumat yayıb.

Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.

İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Tel-Əviv səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar aparır.

“İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, “haqqin.az” və “virtualaz.org” saytlarının baş redaktoru,”Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev də ötən gün bu barədə öz facebook səhifəsində məlumat dərc etmişdir.

Daha çox oxuyun:
Sionistlər yəhudi qaçqınları üçün Azərbaycanda düşərgə yaratmaq bəhanəsi ilə fəallıqlarını artırırlar
Azərbaycandakı son olaylar barədə + FOTO
Azərbaycanın müdafiə naziri İsrailin “Rafael” şirkətinin rəhbəri ilə görüşüb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir