Ərdəbilin İmam Cüməsi Azərbaycanın İran əleyhinə təbliğatı ilə bağlı nə dedi?

Çərşənbə axşamı 1 Noyabr 2022 - 17:49
https://az.iswnews.com/?p=14852

Son üç həftədə Bakı hökumətinə bağlı medialar İranı görünməmiş təbliğat və xəbər hücumları ilə hədəfə alıblar. Ərdəbilin cümə namazı xütbələri Azərbaycan mediası qarşısında qarşı tərəfə aydın cavablar və mesajlar verən düzgün mövqe sayıla bilər. Tarixi qeydlər göstərir ki, ötən il Ərdəbilin İmam Cüməsi Ayətullah Seyid Həsən Amilinin sözləri o qədər aydın idi ki, Azərbaycan prezidenti İlham Əliyevi reaksiya verməyə məcbur etdi.

Ayətullah Seyid Həsən Amili Ərdəbildə cümə namazı xütbələrində İran İslam Respublikası silahlı qüvvələrinin şimal-qərb sərhədlərində keçirdiyi hərbi təlimlərə işarə edərək, Azərbaycan Respublikası xalqına müraciət edərək deyib: “Azərbaycan mediası və qəzetləri bu təlimin başlaması ilə İrana olmazın media hücumlarını etdilər ki, hələ də davam edir. Bu müdafiə manevri təhdid, qüdrət göstərmək, Azərbaycan ərazisinə daxil olmaq mənasında deyildi. Ötən il də həmin ərazidə daha bir müdafiə təlimi keçirilmişdir. İranın hərbi təlimləri sülh, dostluq və təhlükəsizlik üçündür, çünki sərhədlərin yerdəyişməməsi sülhün təminatıdır. Bizim güc nümayişimiz sərhəddəki vəziyyəti qarışdırmaq və bölgə üçün daimi problem yaratmaq istəyən pərdə arxasındakı güclər üçündür”.

O, son bir neçə həftə ərzində İran əleyhinə aparılan təbliğatdan danışaraq deyib: “Azərbaycan mediası İranın Azərbaycanın uğurlarına həmişə qısqanclıqla yanaşdığını və güclü Azərbaycanı özünün təhlükəsi hesab etdiyini bildirir. Biz açıq şəkildə bəyan edirik ki, güclü Azərbaycanın uğuru, tərəqqisi bizim arzumuzdur. Biz heç vaxt Azərbaycanın gücünü, qüdrətini və ləyaqətini İrana qarşı təhdid hesab etmirik”.

Vəliyyi Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi İranın birinci Qarabağ müharibəsi ilə bağlı siyasətini belə açıqlayıb: “Hər iki Qarabağ müharibəsində biz Azərbaycanın tərəfində olmuşuq və gələcəkdə problem yaranarsa, Azərbaycanın tərəfində olacağıq. Birinci müharibə zamanı biz elə hərəkət etmişik ki, Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyevin sözlərinə görə, İran sərhədlərini açmasaydı, 400 min azərbaycanlı qətlə yetiriləcəkdi. Həmçinin Əli Həsənov müsahibəsində deyib ki, birinci Qarabağ müharibəsində İranın yardımı olmasaydı, hamımız həlak olardıq”.

Ayətullah Amili Qarabağ bölgəsinin işğalı illərində İranın siyasəti barədə vurğulayıb: “Ali Rəhbər dedi ki, bütün Qarabağ bu ölkənin suverenliyinə qayıtmalıdır və bu, İranın Azərbaycanın Qarabağda qələbəsinə verdiyi ən yüksək töhfə idi. Bu tribunada heç kim mənim kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və Qarabağın Azərbaycana (suverenliyinə) qaytarılmasının zəruriliyindən danışmayıb. Mən dəfələrlə demişəm ki, Minsk qrupu və danışıqlar həll yolu deyil və beləliklə müharibə baş verdi. Allaha şükürlər olsun ki, Qarabağ azad edildi və az miqdar qalan hissəsidə Azərbaycana qaytarılmalıdır”.

Ərdəbilin İmam Cüməsi Azərbaycan Respublikası mətbuatında İran İslam Respublikasının Qafqaz regionu ilə bağlı qırmızı xətləri ilə bağlı yayılan şayiələri və təhrif olunmuş xəbərləri təkzib edib və bildirib: “Bizim qırmızı xəttimiz Qarabağdır və İran heç vaxt ermənilərin öz namusu və ya qırmızı xətti olduğunu deməyib”.

O, Azərbaycan mətbuatının Zəngəzur dəhlizi və Azərbaycan Respublikasının üç onillikdə Naxçıvan Muxtar Respublikasına çıxış üçün İranın şimal-qərb yollarından istifadə etməsi ilə bağlı təhlilinə toxunaraq vurğulayıb: “Son 30 il ərzində Biləsuvardan Naxçıvana kommunikasiya marşrutunu sizə təqdim etdik və biz imkan vermədik ki, Naxçıvanda böhran yaransın. İran sayəsində Naxçıvanla ən yaxşı və təhlükəsiz əlaqə yoluna sahibsiniz. Bundan əvvəl İranla Azərbaycan arasında İran torpağından Naxçıvana yolun çəkilməsi ilə bağlı müqavilə imzalanıb və ölkəmiz bunu dəstəkləyir”.

Ayətullah Amili daha sonra çoxlu təbliğatlara işarə edərək əlavə edib: “Azərbaycan Respublikasının mətbuatı İranın dini qardaşlığını unutduğunu və geosiyasi hegemonluğu olduğunu bildirir. Bu təbliğatların əksinə olaraq biz vicdanla hərəkət etmişik və bundan sonra da edəcəyik. İranda belə bir hegemonluq yoxdur və yalnız sərhədlərin pozulmasına həssasdır. Məsləhətim budur ki, iki ölkənin ağsaqqalları bir-birlərinin mentalitetini dialoq və danışıqlar yolu ilə həll edib uzlaşdırsınlar və iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə mane olan ekstremistlərə meydan verməsinlər”.

O, 30 ildir davam edən Qarabağ münaqişəsi və beynəlxalq sərhədlərin pozulmasından danışaraq bəyan edib: “30 il bundan əvvəl, Ermənistan beynəlxalq sərhədləri pozub. Nəticədə regionda müharibə hökm sürdü. Bu qanlı müharibədə günahsız insanlar həlak oldu. Biz deyirik ki, bu yanlış yoldur və digər 30 illik müharibə bölgəyə qayıtmamalıdır. Belə bir müharibə baş verərsə, bölgəyə (Qafqaza) dünyanın başqa dövlətləri və qüvvələri gələcək ki, bu da regionun təhlükəsizliyini pozacaq. Yaxşı olar ki, hamı (ölkələr) öz rəsmi sərhədləri daxilində qalıb ölkələrinin inkişafı və millətinə xidmətlə məşğul olsunlar”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam