Malidə İŞİD və Nüsrətul İslam Vəl Muslimin arasında qanlı qarşıdurma baş verib

Çərşənbə axşamı 1 Noyabr 2022 - 16:47
https://az.iswnews.com/?p=14848

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması öz hesabatında Malidə “Nüsrətul İslam Vəl Muslimin” (“Əl-Qaidə”nin Malidəki qolu) qrupunun silahlıları ilə toqquşmada bu qrupun 40 üzvünün öldürüldüyünü iddia edib.

Şənbə günü, oktyabrın 27-də İŞİD-in Malinin şimal-şərqində yerləşən Manaka bölgəsinin “Ağzraqan” kəndi yaxınlığında “Nüsrətul İslam Vəl Muslimin” qrupunun ünsürləri ilə toqquşması nəticəsində bu qrupun 40 üzvü İŞİD tərəfindən öldürülüb. İŞİD həmçinin “Əl-Qaidə” ünsürlərinə aid 5 avtomobili yandırıb, 9 avtomobili, döyüş sursatı və bir neçə silahı qənimət götürüb. İŞİD bu hücumun Əl-Qaidə ünsürləri tərəfindən tökülən müsəlmanların qanının qisasını almaq məqsədilə həyata keçirildiyini iddia edir.

Amma digər tərəfdən Əl-Qaidə xəbər mənbələri İŞİD ünsürlərinin Tamlet, Ansanan, Azranbukar və Ams-Ams bölgələrindən geri çəkilməyə məcbur edə bilib. Əl-Qaidə xəbər mənbələrinin məlumatına görə, Nüsrətul İslam Vəl Muslimin qrupunun ünsürləri İŞİD-in Manaka bölgəsində Sahil vilayətinin nəzarəti altında olan ərazilərə hücum edib və nəticədə İŞİD ünsürləri həmin bölgələrdən və bu ərazilərdən geri çəkilib. Nüsrətul İslam Vəl Muslimin qrupu bu əraziləri ələ keçirə bilib.

Digər tərəfdən, Nüsrətul İslam Vəl Muslimin qrupu oktyabrın 28-i cümə günü Mali ordusu qüvvələrinə qarşı pusqu quraraq hücum etdiyini elan edib.

“Nüsrətul İslam Vəl Muslimin” qrupuna aid xəbər mənbələri bildiriblər ki, bu qrup silahlıları bəzi müsəlmanların mal-qarasını ələ keçirən Mali ordusunun qüvvələrini və rus məsləhətçilərini (Vaqner) Bəntiqara şəhərinin kənarında yerləşən “Buqulu” kəndi yaxınlığında pusquya salıblar və onlardan bəzilərini öldürüblər.

Bu qarşıdurmadan sonra bölgədən qaçan Mali ordusu qüvvələri Jalo ilə Soma kəndləri arasındakı yolda yol kənarına yerləşdirilən bomba ilə hədəfə alınıb. Bu partlayış nəticəsində bir motosiklet yandı və onun sərnişini və ya sərnişinləri həyatlarını itirdilər.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam