Video: Səudiyyə koalisiyası Yəmən gəmisinə od vurdu!

Çərşənbə axşamı 1 Noyabr 2022 - 00:58
https://az.iswnews.com/?p=14842

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiya qüvvələri Cizan sahillərində ərzaq daşıyan Yəmən gəmisinə od vurdular.

Yerli mənbələrin məlumatına görə, Səudiyyə koalisiya qüvvələri Yəmən üçün ərzaq da daxil olmaqla müxtəlif mallar daşıyan TSS Pearl gəmisini ələ keçirdikdən sonra onu yandırıblar. Bu gəmi bir sıra yəmənli tacirlər tərəfindən alınıb və Səudiyyə koalisiya qüvvələri Qırmızı dənizdə bu gəmini ələ keçirdikdən sonra onu yandırıblar. Bu gəmidə yanğın prosesi 9 gün davam edib, lakin Səudiyyə Ərəbistanı və Qırmızı dəniz sahilindəki digər ölkələr yanğının söndürülməsinə kömək etməyib.

Bu gəmiyə aid edilən videoda səudiyyəli zabitlərdən biri yəmənlilərə deyir: Gəminizin son anlarına baxın!

“Ənsarullah” rəsmiləri indiyə qədər bu cinayətə reaksiya verməyib, lakin hazırkı danışıqlar prosesini nəzərə alsaq, bu cinayətə cavab vermə ehtimalı çox aşağıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir