BƏƏ-də İsrail müdafiə sistemləri yerləşdirilib! + FOTO

Bazar ertəsi 31 Oktyabr 2022 - 22:43
https://az.iswnews.com/?p=14814

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, peykdən çəkilmiş görüntüdə İsrail istehsalı olan “Barak 8” müdafiə sistemlərinin Əbu-Dabinin cənubunda yerləşdirildiyi görünür.

Haaretz İsrail mediası, Əbu-Dabinin cənubunda yerləşən Əz-Zəfrə hava bazası yaxınlığında sionist rejim tərəfindən istehsal olunan “Barak 8” müdafiə sistemlərinin yerləşdirilməsinin peyk görüntüsünü dərc edib. Bu medianın iddiasına görə, Birləşmiş Ərəb Əmirlikləri bu sistemi ballistik raketlər, qanadlı raketlər və İran dronları ilə mübarizə üçün yerləşdirib. Əz-Zəfrə hava bazası bu ölkənin bir sıra qırıcı təyyarələri və dronlarından əlavə bir sıra Amerika əsgərlərinin də yerləşdiyi yerdir.

Aprel ayında BƏƏ-yə məxsus 10 nəqliyyat təyyarəsi İsrailin Nevatim Hava Bazasına eniş etmişdir və yəqin ki, bu təyyarələr müdafiə sistemlərinin daşınması üçün göndərilibmiş. Bir müddət əvvəl BƏƏ İsraildən iki müdafiə sistemi alıb, onlardan biri Spider adlanır, ikinci sistemin adı müəyyən səbəblərdən dərc olunmayıb.

Barak sistemi əvvəlcə İsrailin patrul gəmilərini dənizdən dənizə raketlərdən müdafiə etmək üçün hazırlanmışdır və Barak 8 nəsli İsrail və Hindistanın birgə əməkdaşlığının nəticəsidir. Bu sistem 150 km radiusda raketlər, dronlar və qırıcılarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş və istehsal edilmişdir. Sionist rejim, Hindistan, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri bu sistemin hazırkı istifadəçiləri arasındadır və Mərakeş və Ukrayna da Təl-Əvivin razılığı ilə bu sistemi almağa çalışırlar.

Qeyd edək ki, İsrail fevral ayında BƏƏ-yə müdafiə sistemləri satmaq qərarına gəldikdən sonra sionist rejimin 12-ci telekanalı bu ilin iyununda iddia etmişdi ki, İsrail rejimi İranın raket təhdidlərinə qarşı birgə əməkdaşlıq çərçivəsində İranın raket təhdidlərinin qarşısının alınması və erkən xəbərdarlıq etmək üçün Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bəzi Qərbi Asiya ölkələrində radarlar yerləşdirib.

Daha çox oxuyun: BƏƏ və Bəhreyndə İsrail radarlarının yerləşdirilməsi!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir