Rusiya Suriyada yeni kamikadze PUA-sını sınaqdan keçirdi

Bazar 20 Fevral 2022 - 21:48
https://az.iswnews.com/?p=1481

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Rusiya ordusu Suriyada terrorçuların mövqelərinə hücum etmək üçün “Lancet-3” kamikadze PUA-sının yeni versiyasından istifadə edib.

PUA-nın yeni versiyasına yenilənmiş “aerodinamika” əlavə edilib və hazırda bir böyük X şəkilində qanada və quyruğunda X şəkilində qurğuya malikdir və əvvəlki versiya kimi iki X şəkilində qanadı yoxdur.
2019-cu ildə təqdim edilən Lancet-3-ün orijinal versiyası 40 km məsafəyə və 40 dəqiqə uçuşa malik idi, lakin bu dronun yeni versiyası daha uzun uçuş müddəti və məsafəsinə malikdir və daha güclü döyüş başlığı daşıya bilir.
Dron televiziya rabitə kanalı ilə təchiz olunub və görüntüləri canlı olaraq idarəetmə mərkəzinə ötürür.

Rusiya kanalları bu yaxınlarda Suriyanın İdlib əyalətində pilotsuz təyyarənin terrorçuların mövqelərini hədəf aldığını təsdiqləyən bu PUA-nın əvvəlki versiyasının sınaq videosunu yayımlayıblar.

Qeyd edək ki, “Lancet” PUA-sı “Kalaşnikov” şirkətinə aid olan ZALA AERO şirkəti tərəfindən istehsal edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir